2022-12-28

Qafqaz Müsəlmanlari İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Dünya Azərbaycanlilarinin Həmrəyliyi günü münasibətilə müraciəti

Uca Allahın adı ilə!

Möhtərəm və əziz həmvətənlər!
Yer kürəsinin müxtəlif ölkələrində yaşayan soydaşlarımıza müraciət edərək Dünya
azərbaycanlılarının həmrəyliyi günü münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edir, Uca
Yaradanımızdan xeyir-dualar diləyir və ən xoş arzularımı yetirirəm.
Bu il ikinci ildönümünü qeyd etdiyimiz Qarabağ Zəfəri hər bir azərbaycanlı üçün tarixi
ədalətin bərpası uğrunda Haqq savaşımızın şərəf və qürur mənbəyidir. Uca Allahın köməyi,
müzəffər Ali Baş Komandanımız Prezident İlham Əliyev cənablarının rəhbərliyi ilə rəşadətli
Azərbaycan Ordusu ərazi bütövlüyümüzün bərpası kimi şərəfli missiyanı həyata keçirdi.
Azərbaycanın torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda qəhrəmancasına
vuruşan Ordumuz dünya hərb tarixinə Şuşa qalasının alınması kimi şanlı səhifə yazdı,
Azərbaycan Bayrağını əzəli torpaqlarımızda ucaltdı. Vətən naminə canını fəda edərək
şəhidlik məqamına yüksəlmiş bütün qəhrəman əsgər və zabitlərimizə Allahdan rəhmət,
şücaətli qazilərimizə şəfalar diləyirik!
Şükürlər olsun ki, hər il bayramlanmızı 30 il həsrətində olduğumuz Şuşanın Cıdır
düzündə qarşılamaq arzumuz bizlərə nəsib oldu. 2022-ci ildə Azərbaycanın mədəniyyət
paytaxtı elan olunan Şuşa önəmli beynəlxalq tədbirlərin keçirildiyi, 2023-cü ildə Türk
dünyasının mədəniyyət paytaxtı adına layiq görülmüş mübarək məkandır. Bir millot, iki
dövlət - Azərbaycan - Türkiyə münasibətlərinin qardaşlıq və müttəfiqliyinin mühüm tarixi
nailiyyəti olan Şuşa Bəyannaməsinin ardınca Şuşada bu il türk-İslam həmrəyliyinin
təcəssümü olan Türk Dövlətləri Təşkilatı Müsəlman Dini İdarə Rəhbərləri Şurasının təsis
olunması, ilk Bəyannaməsinin qəbul edilməsi xüsusi rəmzi məna daşımaqla böyük mənəvi
uğurumuzdur. Bu il Şuşa Dünya Azərbaycanlılarının V Qurultayına evsahibliyi etdi. Qürur
ünvanımız Şuşada tarixə Zəfər Qurultayı kimi həkk olunmuş bu tədbir, əminəm ki, hər bir
soydaşımız üçün xüsusi önəm kəsb· etdi. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün
bayram edilməsi ənənəsinin əsasını qoymuş, ilk Qurultayın təşəbbüskarı Ulu Öndərimiz
Heydər Əliyevin anadan olmasının 100 illiyini gələn il təntənə ilə qeyd edəcəyik, inşallah.
Möhtərəm həmvətənlər! Azərbaycan torpaqlarında erməni vandalizminin acı nəticələri
-vəhşicəsinə dağıdılmış şəhər və kəndlərin, tarixi, mədəni və dini abidələrimizin bərpası ilə
bağlı hazırda davamlı şəkildə aparılan genişmiqyaslı quruculuq işləri bizi hədsiz sevindirir.
Prezident İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın
xalqımızın yüksək mənəvi dəyərlərinə ənənəvi olaraq diqqət və qayğı ilə yanaşmasına bütün
dünya şahiddir. Şuşada yeni, möhtəşəm məscid binasının təməlinin qoyulması, Füzulido,
Zəngilanda fəaliyyətə başlamış beynəlxalq hava limanları, Şüşaya aparan Zəfər yolu, yeni
Laçın yolu, əsası qoyulan sənaye obyektləri, ilk sakinlərini qarşılamış müasir Ağalı kəndi
dövlətimizin gücünə və qüdrətinə inamımızı, gələcəyə nikbinliyimizi artırır. Uca Allahın
köməyi, müdrik dövlət rəhbərimizin misilsiz səyləri ilə, əminik ki, işğaldan azad olunmuş
torpaqlarımız ən qısa zamanda yenidən dirçəldiləcək, Böyük Qayıdış tezliklə
gerçəkləşəcəkdir.
Əziz həmvətənlər! Sizləri hər birimiz üçün önəmli olan Həmrəylik günündə təbrik
fürsətindən istifadə edərək, mühüm olan bir reallığı xatırlatmaq istərdim. Dünya
azərbaycanlıları onilliklər ərzində Zəfərimiz naminə böyük fədakarlıq nümayiş etdirmişlər.  

Şanlı qələbəmizin nəticələrinin bundan sonra da həyatın bütün sahələrində davam etməsi üçün

millət olaraq daha çox səy göstərməli, hələ də şovinist və məkrli niyyətlərindən əl çəkməyən
erməni və ermənipərəst təhrikçilərin təbliğat və təxribatlarını, qarayaxma kampaniyalarını dəf
etmək istiqamətində bütün qüvvəmizlə mütəşəkkil olmalıyıq. Bu reallığı nəzərdən
qaçırmamalıyıq ki, Ermənistanın hərbi-siyasi dairələri, erməni kilsəsi və diasporu, habelə
onları dəstəkləyən bəzi ölkələr və bədnam təəssübkeşləri erməni xalqını məqsədyönlü şəkildə
revanşizmə və yeni müharibəyə kökləyir. 9 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya
və Ennənistan liderlərinin üçtərəfli Bəyanatının imzalanmasından sonra işğaldan azad
olunmuş ərazilərimizdə diversiyalar törədilir, torpaqlarımızda 2021-ci ildə Ermənistanda
istehsal olunmuş minalar aşkar edilir. Həmin Bəyanatın müddəalarında nəzərdə tutulduğuna
baxmayaraq, Ermənistana məxsus hərbi birləşmələr Azərbaycan ərazisindən çıxarılmır,
Azərbaycanın beynəlxalq birlik tərəfındən tanınmış suveren ərazisi olan və humanitar
məqsədlər üçün açıq olan Laçın yolu vasitəsilə yeni silah-sursat, minalar daşınır, qanunsuz
şəkildə təxribatçılar göndərilir, separatçı rejim xaricdən dəstək alır. Azərbaycanın
"Qızılbulaq" qızıl yatağı və "Dcmirli" mis-rnolibden yatağında qanunsuz istismar fəaliyyəti
həyata keçirilir, talanmış təbii sərvətlərimiz ölkədən çıxarılır, ekologiyamız məhv edilir.
Bütün bunlar haqlı olaraq Azərbaycan ictimaiyyətinin dərin narazılığına səbəb olur. Buna
etiraz olaraq Azərbaycanın qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyətinin təmsilçiləri,
ekoloqlar və gənclərin iki həftədən artıq Şuşa-Xankəndi yolunda davam edən dinc xarakterli
aksiyası barədə Ermənistan, xüsusən, Eçmiədzin və Kilikiya kilsəsi tərəfindən yalan və
böhtan xarakterli anti-Azərbaycan təbliğatı aparılır, "erməni blokadası, humanitar fəlakət",
"erməni xalqına qarşı etnik təmizləmə siyasəti" kimi qələmə verməyə çalışırlar və bəzi
hallarda müəyyən siyasi-ictimai dairələrin məlumatsızlığı ucbatından bu yalan məlumatlara
istinad edilir. Etiraz aksiyasının keçirildiyi yerdən çəkilən videolarda aydın görünür ki,
humanitar yük daşıyan və təcili tibbi yardım maşınları sərbəst hərəkət edə bilir və aksiya
keçirənlər tərəfındən buna heç bir maneə törədilmir. Azərbaycan dövlətinin dünya birliyi
tərəfındən tanınan ərazisində yerləşən Laçın yolu ilə bağlı birmənalı mövqeyi bundan
ibarətdir ki, bu yol hərbi və ya hər hansı qanunsuz fəaliyyət üçün deyil, mülki-humanitar
məqsədlər üçün istifadə oluna bilər.
İşğal dövründə müharibə cinayətlərindən çəkinməyən, Xocalıda azərbaycanlılara qarşı
soyqırımı törədən, şəhər və kəndlərimizi məqsədyönlü şəkildə yer üzündən silən, torpaqları
qəsdən yandırıb yararsız hala salan, su hövzələrimizi zəhərləyən, qəbirstanlıqları dağıdan,
məscidləri, kilsələri yerlə yeksan edən erməni vandalizminin izlərini bütün dünya görür.
Bununla belə, türkofob və islamofob dairələr məkrli şəkildə Azərbaycana qarşı bütün dünyada
qarayaxma kampaniyası aparırlar. Bunun qarşısını almaq, əsl həqiqətləri beynəlxalq
ictimaiyyətə çatdırmaq işində dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq bütün
dünya azərbaycanlılarını bir olmağa, Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə
çağırıram. Beynəlxalq qurumlar müstəvisində, diplomatiya sahəsində, qlobal iqtisadi
layihələr zəminində haqq, ədalət uğrunda mübarizə Vətənin nəfınə davam etməlidir.
Azərbaycan naminə, millətimizin gələcək qələbələri naminə, beynəlxalq miqyasda daha
böyük uğurlarımız naminə Uca Yaradanımızın buyurduğu kimi, bir olmaq, həmrəy olmaq
zamanıdır!
Əziz həmvətənlər! Bir daha hamınızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və
qarşıdan gələn Yeni il münasibətilə ürəkdən təbrik edir, hər birinizə, ailələrinizə səadət və
uğur arzulayır, Uca Yaradandan xeyir-dualar diləyirəm. Qadir Allah hər zaman yardımçımız
olsun, xalqımızı, müstəqil dövlətimizi və müdrik dövlət rəhbərimizi qorusun,
Azərbaycanımızı hifz etsin! Amin!


Bakı şəhəri, 28 dekabr 2022-ci il

Arxiv üzrə axtarış