Belçika və ya Lüksemburq vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-IQ nömrəli Qanununa 2014-cü ilin 30 may tarixində edilmiş dəyişikliklərə əsasən xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə Azərbaycan Respublikasının səlahiyyətli orqanlarına yazılı məlumat verməlidir.

Məlumat aşağıdakı üsullarla verilə bilər:

  1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Elektron Xidmətlər portalı vasitəsilə online formatda:Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bu barədə məlumatı AR Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsi vasitəsilə (video təlimat: https://www.youtube.com/watch?v=A2e89srLlOc) elektron formatda verə bilər: https://eservice.migration.gov.az/public/create-vqa-application
  2. Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bu barədə məlumatı həmçinin Səfirliyin konsulluq bölməsi vasitəsilə verə bilər.Səfirliyin konsulluq bölməsi vasitəsilə Belçika və ya Lüksemburq vətəndaşlığının qəbul edilməsi barədə məlumatın verilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır:
  • Ərizə-anket (anket tam şəkildə doldurulmalıdır);
  • Azərbaycan Respublikasının etibarlıq müddəti bitməmiş şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun surəti;
  • Belçika və ya Lüksemburq dövlətinin etibarlı şəxsiyyət vəsiqəsi və ya pasportunun surəti;
  • 1 ədəd rəngli fotoşəkil (3x4).

Qeyd: Xarici dövlətin vətəndaşlığının qəbul edilməsi barədə məlumatın verilməsi üçün dövlət rüsumu ödənilmir.

Diqqət! Tələb olunan sənədlər tam şəkildə tərtib və təqdim edilmədiyi halda müraciət qəbul edilməyəcək. 

Arxiv üzrə axtarış