Lüksemburqa səyahət edənlərin nəzərinə
Terror
Lüksemburqda terror hadisələri nadir hal hesab olunur. Lakin, digər Şenqen ölkələri kimi Lüksemburqun açıq sərhədləri terroristlərin ölkəyə nəzərə çarpmadan daxil olmalarına imkan verir.
Lüksemburqda nümayişlərin keçirilməsi üçün əvvəlcədən polisin razılığı tələb olunur və polis nümayiş iştirakçılarının və yoldan keçənlərin təhlükəsizliyini təmin edir. Bütün bunlara baxmayaraq, belə nümayişlər zamanı vəziyyət ictimai asayişi təhlükə törədə biləcək istiqamətdə inkişaf edə bilər. Buna görə, nümayişlərin keçirildiyi ərazilərdən uzaq olmanız tövsiyə olunur.
Cinayət
Lüksemburqda cinayətlərin sayı digər Avropa ölkələri ilə müqayisədə aşağıdır. Üstünlük təşkil edən cinayət növləri pul kisələrinin/çantaların şəxsin əlindən qoparmaqla qiymətli əşyaların oğurlanması və ya adam olmayan evlərin qarət edilməsidir. Səyahətçilər, cibgirlərin problem halına gəldiryi ictimai yerlərdə, aeroport və qatar terminallarında ehtiyatlı olmaları gərəkir. Lüksemburqun gündüz vaxtı təhükəsiz olan çoxlu ictimai parkları vardır. Həmin parkların bəzilərində narkotiklərin küçə satışı halları artmışdır. Qaranlıq düşdükdən sonra bu parkları dolaşmaq təhlükəsizlik baxımında riskli olduğuna görə həmin parklarda uzaq olmaq tövsiyə olunur.
Cinayət qurbanları barədə məlumat
Əgər siz Lüksemburqda cinayət qurbanı olmuşsunuzsa onda polisdən əlavə öz səfirliyinizə də məlumat verin. Səfirlik heyəti sizə müvafiq tibbi xidmətin təşkil olunmasında, ailə üzvləriniz və ya dostlarınızla əlaqə quraraq hansı tədbirlərin görülməsini izah etməkdə kömək edəcəkdir. Baxmayaraq ki, istintaqın aparılması yerli orqanların işidir, konsulluq əməkdaşları sizə yerli cinayət prosessual hüququnun izah olunmasında və ehtiyac olarsa, vəkil tutulmasında köməklik göstərə bilərlər.