Azərbaycan-Lüksemburq

Lüksemburq Azərbaycanın müstəqilliyini 31 dekabr 1991-ci ildə tanımışdır.        

1 iyun 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələr yaradılmışdır.

AZƏRBAYCAN RƏSMİLƏRİNİN LÜKSEMBURQ HERSOQLUĞUNA RƏSMİ SƏFƏRLƏRİ

21-22 aprel 1996-cı il - Azərbaycan Prezidenti Heydər Əliyev “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında Saziş”i imzalamaq məqsədilə Lüksemburqa səfər etmişdir.

22 iyun 1999-cu il - Baş nazir A.Rasi-zadə “Avropa İttifaqı ilə Azərbaycan, Gürcüstan və Ermənistan arasında əməkdaşlıq haqqında Saziş”i imzalamaq üçün Lüksemburqa səfər etmiş, Lüksemburq Böyük Hersoqu Jan və Baş nazir Jan-Klod Yunker ilə görüşmüşdür.

30 oktyabr 2001-ci il - Xarici İşlər Naziri V.Quliyev Avropa Birliyi və Azərbaycan arasında “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” çərçivəsində Əməkdaşlıq Şurasının toplantısında iştirak etmək məqsədilə Lüksemburqa səfər etmişdir.

21-24 yanvar 2008-ci il  -  Azərbaycan Respublikası Milli Bankının İdarə Heyətinin sədri E.Rüstəmovun başçılığı ilə Azərbaycanın aparıcı banklarının rəhbərlərindən ibarət nümayəndə heyəti Lüksemburqun maliyyə sistemi ilə tanışlıq məqsədi ilə bu ölkəyə səfər etmişdir.

 

26 oktyabr 2009-cu il  - Azərbaycan Respublikasının Xarici İşlər Naziri E.Məmmədyarov Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 10-cu iclasında iştirak etmək üçün Lüksemburqa səfər etmişdir. Səfər zamanı Lüksemburq Parlamentinin vitse-spikeri Loran Mozar ilə görüşmüşdür.   

10 aprel 2013-cü il - Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini Mahmud Məmməd-Guliyev Lüksemburqa səfər etmişdir.

27-28 noyabr 2014-cü il – Azərbaycan Respublikası Milli Məclisinin üzvləri R.Rzayev və F.Muradov Lüksemburqa səfər etmiş, Lüksemburq Parlamentinin vitse-spikeri Loran Mozar ilə görüşmüşlər.

15 aprel 2016-cı il - Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini Xələf Xələfov Lüksemburqa səfər etmişdir.

18-20 yanvar 2017- ci il - Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan –Lüksemburq Parlamentlərarası Dostluq Qrupunun üzvləri Elmira Axundova və Sabir Hacıyev Lüksemburqa səfər etmişdir.

18-19 iyun 2017-ci il - Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini Mahmud Məmməd-Guliyev Lüksemburqa işgüzar səfər etmişdir. 

15 oktyabr 2018-ci il - Azərbaycan Respublikasının Xarici İşlər Naziri cənab Elmar Məmmədyarov Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşüdə iştirak etmək məqsədilə Lüksemburqa səfər etmişdir.

 

LÜKSEMBURQ RƏSMİLƏRİNİN AZƏRBAYCAN RESPUBLIKASINA SƏFƏRLƏRİ

15-16 iyul 2002-ci il - Avropa Şurası Nazirlər Komitəsinin sədri, Lüksemburq Baş nazirinin müavini və Xarici İşlər Naziri L.Polferin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdir.

15-17 iyun 2006-cı il - Lüksemburqun İqtisadiyyat və Xarici Ticarət Naziri Jannot Kreke Bakıda səfərdə olmuş və Azərbaycanın Baş naziri A.Rəsi-zadə, İqtisadi İnkişaf Naziri H.Babayev, Vergilər Naziri F.Məmmədov ilə görüşmüşdür.

11-13 iyun 2007-ci il - Lüksemburqun İqtisadiyyat və Xarici Ticarət Naziri Jannot Kreke Bakıda səfərdə olmuşdur.

12 iyun 2015-ci il - Lüksemburqun Böyük Hersoqu Henri Beynəlxalq Olimpiya Komitəsinin üzvü qismində Bakıda keçirilmiş ilk Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana səfər etmişdir.

Parlamentlərarası əlaqələr

13 dekabr 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisində parlamentlərarası əlaqələr üzrə işci qrupu yaradılmışdır. Milli Məclisdə müvafiq qrupun rəhbəri Şahin İsmayılovdur. 

 

30 noyabr-3 dekabr 2022-ci il                - Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun səfəri

 

 

AZƏRBAYCAN VƏ LÜKSEMBURQ ARASINDA İMZALANMIŞ SƏNƏDLƏR

Azərbaycan Respublikası hökuməti və Belçika-Lüksemburq İttifaqı arasında Birgə Bəyanat, 13 aprel 1998-ci il

 

Azərbaycan Respublikası Hökuməti və Belçika-Lüksemburq İqtisadi İttifaqı arasında sərmayələrin qarşılıqlı təşviqi və qorunması haqqında Saziş, 18 may 2004-cü il

 

Azərbaycan Respublikası və Lüksemburq Böyük Hersoqluğu arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya, 16 iyun 2006-cı il

 

İqtisadi əməkdaşlıq

 

 

Azərbaycanın Lüksemburq ilə ticarət dövriyyəsi (mln. ABŞ $)

 

İl

2012

2013

2014

2015

2016

2017

2018

2019

2020

2021

2022

2023/10

Ticarət dövriyyəsi

14.61

15.2

4.09

8.77

13.01

19.32

47.79

22.93

26.14

30.34

85.6

34.7

İdxal

14.44

14.99

3.93

8.77

3.43

3.77

3.84

5.32

3.49

3.44

80

3

İxrac

0.17

0.21

0.16

0.18

9.58

15.55

43.95

17.61

22.65

26.9

5.6

31.7

Saldo

-14.27

-14.78

-3.77

-8.59

6.15

11.78

40.11

12.29

19.16

23.46

74.4

28.7

 

Mənbə: Azərbaycan Dövlət Gömrük Komitəsi

 

Arxiv üzrə axtarış