Qayıdış Şəhadətnaməsinin rəsmiləşdirilməsi qaydası

Pasportunu itirmiş, pasportu oğurlanmış və ya yararsız hala düşmüş, pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşları aşağıda qeyd olunan sənədləri təqdim etməklə qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün Səfirliyin Konsulluq bölməsinə müraciət edə bilərlər. 

 

Qayıdış Şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər: 

  1. Ərizə-anket(Ərizə-anketin yalnız 1.1, 1.2, 1.3, 1.4, 1.5, 1.6, 1.7, 1.8, 1.9, 1.10 saylı qrafaları doldurulmalıdır. Ərizə-anketin 3 Xüsusi qeydlәr bölməsində səfər tarixi qeyd olunmalıdır);
  2. Pasport yararsız hala düşdükdə və ya onun etibarlılıq müddəti bitdikdə AR ümumvətəndaş pasportunun əsli və surəti, Pasport itdikdə və ya oğurlandıqda pasportun və ya vətəndaşın şəxsiyyətini təsdiq edən hər hansı sənədin əsli və ya surəti;
  3. Rəngli fotoşəkil2 ədəd (3x4);
  4. 10 ABŞ dolları məbləğində dövlət rüsumunun ödənilməsi barədə qəbz. (Qeyd: 18 yaşına çatmayan Azərbaycan Respublikasının vətəndaşlarına qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsinə görə dövlət rüsumu tutulmur).

Qeyd: Diplomatik və ya xidməti pasporta malik olan, xarici ölkələrdə təhsil alan (müvafiq təsdiqedici sənəd təqdim edildikdə), dövlət xətti ilə pedaqoji fəaliyyət göstərən, xarici ölkələrin cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan, xarici ölkələrdən deportasiya, readmissiya, ekstradisiya edilən, insan alveri qurbanı olan, yaxud 18 yaşına çatmayan Azərbaycan Respublikasının vətəndaşlarına ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur. Bu hallardan başqa digər hallarda xarici ölkədə ümumvətəndaş pasportunu itirmiş və ya həmin pasportu oğurlanmış Azərbaycan Respublikasının vətəndaşı bu barədə xarici ölkənin müvafiq polis orqanı tərəfindən verilmiş təsdiqedici sənəd təqdim etdikdə ona qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur.

Qeyd: Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirmək zərurəti yarandıqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə sorğu verilir. Sorğuya baxılma nəticəsində şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanındıqda, ona müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada qayıdış şəhadətnaməsi rəsmiləşdirilir.

Arxiv üzrə axtarış