Məhkumluq haqqında arayışın verilməsi

Məhkumluq haqqında elektron arayışı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin internet səhifəsi (https://mia.gov.az/az/menu/29780/) vasitəsilə müraciət edərək əldə edə bilərsiniz.

Məhkumluq barədə arayış şəxsin bilavasitə müraciəti və şəxsiyyətini təsdiq edən sənəd əsasında verilir.

Müvafiq arayışın Səfirliyin Konsulluq bölməsi vasitəsilə alınması üçün aşağıda qeyd olunan sənədlər Səfirliyin Konsulluq bölməsinə təqdim olunmalıdır:

  1. Vətəndaşın ərizəsi;
  2. Ərizəçinin şəxsiyyətini təsdiq edən, etibarlıq müddəti bitməmiş sənədlərin (ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsi) surəti;
  1. 10 ABŞ dolları dövlət rüsumunun ödənilməsi haqqında qəbz.

Qeyd 1. Hər bir şəxs məhkumluq barədə arayışı yalnız özü haqqında ala bilər.

Arxiv üzrə axtarış