Belçikada Azərbaycan günü keçirilib
Belçika Krallığında fəaliyyət göstərən “Xəzər-Avropa İnteqrasiya və Əməkdaşlıq Təşəbbüsü" lobbi təşkilatı (CIEIP) tərəfindən Novruz bayramı münasibətilə Azad Brüssel Universitetində (Vrije Universiteit Brussels) Azərbaycan günü keçirilib.
Tədbirdə rəssam Əsmər Nərimanbəyovanın əsərləri nümayiş etdirilib, Azərbaycan şirniyyatları və milli musiqisindən parçalar təqdim olunub.
Tədbirdə Azad Brüssel Universitetində və Belçikanın digər ali təhsil ocaqlarından təhsil alan xarici və azərbaycanlı tələbələr, CIEIP-in üzvləri, Belçikada yaşayan azərbaycanlı icmasının nümayəndələri və səfirliyin əməkdaşları iştirak ediblər.
Azərbaycan günü tələbələrimiz Cavidə Rəhimova, Hökümə Məmmədzadə, Nihad Novruzov, Riyad Səlimov, Teymur Kazımovun təşəbbüsü, Azərbaycanın Belçikadakı və Fransadakı səfirliklərinin dəstəyi ilə baş tutub.