Konsulluq uçotu

Xarici ölkələrdə daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması və xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı onların hüquqlarının dövlət tərəfindən müdafiəsinin tam şəkildə təmin edilməsi, qanuni maraqlarının və təhlükəsizliklərinin qorunması məqsədilə aparılır.

Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması və xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı ödənişsiz yerinə yetirilir.

Belçika Krallığında və Lüksemburq Böyük Hersoqluğunda daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşlarının konsulluq qeydiyyatına alınması üçün aşağıdakı sənədlər tələb olunur. 

1. Ərizə-anket (daimi və ya müvəqqəti yaşayanlar üçün)
2. İki ədəd rəngli fotoşəkil 
3. Pasport (əsli və surəti)
4. Belçika Krallığında və ya Lüksemburq Böyük Hersoqluğunda daimi və yaxud müvəqqəti yaşayış qeydiyyatında olduğunu təsdiq edən sənəd.

Arxiv üzrə axtarış