2021-09-27

Brüsseldə Birinci və İkinci Qarabağ müharibələrində həlak olmuş əsgər və zabitlərimizin, habelə mülki şəxslərin əziz xatirəsi anılmışdır

Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyində 44 günlük Vətən müharibəsinin başlamasının birinci ildönümü və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr tarixində Anım Günü tədbiri keçirilmişdir.

Əvvəlcə Birinci və İkinci Qarabağ müharibələrində həlak olmuş əsgər və zabitlərimizin, habelə mülki şəxslərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Daha sonra çıxış edən səfir Vaqif Sadıqov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa müraciətindəki fikirləri vurğulayaraq, Azərbaycanın sosial-iqtisadi, siyasi, mədəni, hərbi sahələrdə, eləcə də diplomatiya sahəsində əldə etdiyi uğurlar sayəsində 44 günlük Vətən müharibəsinin böyük tarixi Zəfərlə nəticələndiyini bildirmişdir.

Səfir xarici ölkələrdə yaşayan milyonlarla azərbaycanlının da ürəyinin tarixi Vətənlə bir döyündüyünü və Vətəni uğrunda canlarından keçmiş şəhidlərin qarşısında baş əydiklərini bildirmiş, onlara Allahdan rəhmət diləmişdir.

 

 

       

 

  

Arxiv üzrə axtarış