2019-03-24

Ölkəmizin mədəniyyəti Brüsseldə təbliğ olunub

24 mart 2019-cu ildə Brüssel İncəsənət Sarayında (BOZAR) Novruz bayramıni ənənəvi qeyd edən bir qrup ölkənin - Azərbaycan, Mərkəzi Asiya ölkələri, Əfqanıstan, Türkiyə və İranın iştirakı ilə 1 günlük mədəni tədbir keçirilib.

Tədbirdə YUNESKO təmsilçisi Krista Pikkat açılış nitqi ilə çıxış edərək, Novruz bayramının region dövlətləri üçün əhəmiyyətini vurğulayıb, nəsildən-nəslə ötürülən ənənələrdən bəhs edib.

Daha sonra hər bir iştirakçı dövlətin mədəniyyətini əks etdirən konsert proqramları ifa olunub, stendlər nümayiş etdirilib. Səfirliyin təşkilatçılığı ilə ölkəmiz bu tədbirdə milli rəqs qrupu ilə təmsil olunub. Qrup tərəfindən əsas səhnədə, eləcə də stendlər quraşdırılmış zalda milli rəqslərimiz ifa olunub və qonaqlar tərəfindən maraqla qarşılanıb. Ölkəmizə aid stenddə Novruz bayramı üçün xarakterik olan şirniyyat məhsulları qonaqlara təqdim olunub, bayram ənənələrimizə xas olaraq Novruz xonçası, mədəniyyətimizi, tariximizi və milli mətbəximizi əks etdirən broşürlər nümayiş etdirilib.  

Novruz şənliyində Türksoyun təşkilatçılığı ilə bu quruma üzv ölkələrin nümayəndələri ümumi mədəni proqramla da çıxış ediblər. Bu çərçivədə, Azərbaycandan dəvət olunmuş “Cəngi” rəqs ansamblının təmsilçiləri tərəfindən də milli rəqslərimiz ifa edilib.

Arxiv üzrə axtarış