2016-10-24

Brüsseldə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə növbəti tədbir keçirilmişdir

Brüsseldə Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü münasibətilə təşkil edilən tədbirlər çərçivəsində, cari ilin 24 oktyabr tarixində “Press Club Brussels Europe” mətbuat mərkəzində fotoqraf Orxan Aslanovun foto əsərlərindən ibarət "Mənim Azərbaycanım" adlı sərginin açılışı keçirilmişdir.

Açılış tədbirində çıxış edən Səfir Fuad İsgəndərov Azərbaycanın,öz müstəqilliyini bərpa etdiyi 1991-ci ildən ötən müddət ərzində qət  etdiyi inkişaf yolundan ətraflı bəhs etmiş və ölkəmizin bu gün beynəlxalq müstəvidə güclü mövqeyi ilə seçilən etibarlı tərəfdaşa çevrildiyini vurğulamışdır. O, hazırki sərginin Avropalı dostlarımıza Azərbaycanın insanları və gözəl təbiəti  ilə yaxından tanışlığa imkan yaratdığını əlavə etmişdir.       

Daha sonra çıxış efən fotoqraf Orxan Aslanov "Mənim Azərbaycanım" layihəsinin 2 illik fəaliyyətinin məhsulu olduğunu bildirmiş, burada nümayiş etdirilən əsrarəngiz mənzərələrin doğma yurdumuzun gözəlliklərinin yalnız bir hissəsi olduğunu diqqətə çatdırmışdır.                          

Sərgidə nümayiş etdirilən fotoşəkillər gecə iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.

Arxiv üzrə axtarış