2024-02-01

Bakı Limanının genişləndirilməsi strategiyası Brüsseldə təqdim edilib

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC Əməliyyatlar departamentinin rəhbəri Eugene Seah yanvarın 29-30-da Belçikanın paytaxtı Brüsseldə keçirilmiş Avropa və Mərkəzi Asiya arasında davamlı nəqliyyat bağlantısı üzrə "Global Gateway Investors Forum”da iştirak edərək limanın genişləndirilməsi strategiyasını təqdim edib.

Məlumata görə, forumda Avropa, Mərkəzi Asiya və onun hüdudlarından kənarda olan ölkələrin rəsmiləri, maliyyə institutlarının nümayəndələri, biznes və vətəndaş cəmiyyətinin üzvləri bir araya toplaşıb. E.Seah infrastruktur bağlantısı mövzusuna toxunaraq, Orta Dəhlizin səmərəliliyini və davamlılığını artırmaq üçün nəzərdə tutulmuş Bakı Limanının genişləndirilməsi strategiyasını haqqında məlumat verib.

Forum çərçivəsində iştirakçılar Avropa və beynəlxalq maliyyə institutlarının Orta Dəhliz vasitəsilə dayanıqlı nəqliyyat əlaqəsi üçün maliyyə, texniki dəstək və investisiyalar təmin etmək öhdəliyindən bəhs edən mühüm elanla çıxış ediblər. Bu öhdəlik Avropa və Asiya arasında qlobal əlaqəni gücləndirmək məqsədi daşıyır.

Forum çərçivəsində iştirakçılar, Avropa və beynəlxalq maliyyə institutlarının Orta Dəhliz vasitəsilə dayanıqlı nəqliyyat əlaqəsinin təmini, lazımi infrastrukturun qurulması və texniki dəstəyin göstərilməsi üçün maliyyə vəsaitinin ayırlacağına dair elanla çıxış ediblər. Bu öhdəlik Avropa və Asiya arasında qlobal logistik əlaqəninin gücləndirməsinə böyük töhfə verəcək.

Arxiv üzrə axtarış