2023-12-22

Belçika və Lüksemburqda daimi və ya müvəqqəti yaşayan 18 yaşını tamamlamış Azərbaycan Respublikası vətəndaşlarının NƏZƏRİNƏ

Məlum olduğu kimi, 2024-cü il 7 fevral tarixində növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri keçiriləcəkdir. Seçkilərdə iştirak etmək məqsədilə 18 yaşını tamamlamış, aktiv seçici hüququna malik Azərbaycan Respublikası vətəndaşlarının adı seçicilər siyahısına daxil edilməlidir. Belçika və Lüksemburqda yaşayan bütün vətəndaşlarımızdan seçicilər siyahısına qeydiyyata alınmaları üçün aşağıda qeyd olunan məlumatları: consul_brussels@mission.mfa.gov.az elektron poçt ünvanına mümkün qısa müddət ərzində göndərmələri xahiş olunur:

 

  • Soyad, ad, ata adı;
  • Doğum tarix;
  • Belçika və ya Lüksemburqda daimi və ya müvəqqəti yaşadığı və ya olduğu yerin ünvanı.

 

Diqqətinizə çatdırırıq ki, 29 dekabr 2023-cü il tarixinədək məlumatları qeyd olunan elektron poçt ünvanına göndərməyən vətəndaşların adlarının seçicilər siyahısına daxil edilməsi mümkün olmayacaqdır.

 

Hörmətlə,

 

Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi

Arxiv üzrə axtarış