2022-02-26

Avropada yaşayan azərbaycanlı icma nümayəndələri Xocalı qurbanlarını Belçikada yad ediblər

Xocalı soyqırımının 30-cu ildönümü ərəfəsində Azərbaycanın Belçikadakı səfirliyində Avropada yaşayan azərbaycanlı icma nümayəndələri ilə görüş baş tutub. Görüşdə Azərbaycanın Belçikadakı səfirliyi, NATO yanında Nümayəndəliyinin əməkdaşları və digər soydaşlarımız iştirak edib.

Tədbirdə Xocalı soyqırımı qurbanlarının və canlarını Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə çıxış edən səfir Vaqif Sadıqov Xocalı soyqırımının dəhşətli nəticələrindən, günahsız insanlara qarşı törədilən soyqırımının bəşəriyyət əleyhinə qanlı cinayət olmasından danışıb, səfirliyin fəaliyyət istiqamətləri, Belçika-Azərbaycan arasındakı münasibətlər barədə məlumat verib, azərbaycanlı icmanın Belçika və Lüksemburqdakı fəaliyyətindən söhbət açıb.

Daha sonra Avropada yaşayan azərbaycanlı icma nümayəndələri yaşadıqları ölkələrdəki fəaliyyətlərindən, icmanın üzləşdiyi çətinliklərdən, gələcək planlardan bəhs ediblər.

Arxiv üzrə axtarış