2022-02-24

Brüsseldə Xocalı soyqırımının 30-cu il dönümünə həsr olunmuş xatirə konserti keçirilib.

Səfirliyinin təşkilatçılığı ilə keçirilmiş anım tədbirində, Brüsseldə fəaliyyət göstərən səfirliklərin nümayəndələri, Avropa İttifaqı qurumlarında çalışan rəsmilər, ölkənin ictimai-siyasi xadimləri, elm, incəsənət, media və tədqiqat mərkəzləri nümayəndələri, Belçika, Hollandiya və Lüksemburqdan olan Azərbaycanlı icmaların nümayəndələri və soydaşlarımız iştirak edib.

 Səfir Vaqif Sadıqov Xocalı soyqırımı haqqında ətraflı məlumat verərək, bu soyqırımının Azərbaycan xalqının tarixində ən ağır və dəhşətli qara səhifə olduğunu qeyd edib, 44 günlük Vətən müharibəsinin nəticəsində 2020-ci ilin noyabr ayında Azərbaycan xalqının tarixi torpaqlarını geri qaytararaq Zəfər əldə etdiyini bildirib, hazırda orada gedən irimiqyaslı bərpa işlərindən danışıb.

Daha sonra konsert baş tutub, Avropanın müxtəlif ölkələrində yaşayan gənc soydaşlarımız Nərmin Nəcəfli (piano), Ağarəhim Quliyev (fleyta) və Əzizə Salahova (skripka) Azərbaycan və xarici bəstəkarların əsərlərini ifa ediblər.

Arxiv üzrə axtarış