2022-01-25

Səfir Vaqif Sadıqov Belçika Krallığının parlament senatının sədri Stefaniya D’oz ilə görüşüb.

Görüşdə ikitərəfli münasibətlərin gündəlikdə duran məsələlərinin geniş spektri müzakirə edilib. Azərbaycan və Avropa İttifaqı arasında, həmçinin Belçika Krallığı ilə ikitərəfli səviyyədə əməkdaşlığın inkişafının yüksələn dinamikası vurğulanıb.

Vaqif Sadıqov Belçika senatının sədrini regionda baş verən son proseslər barədə məlumatlandırıb. Azərbaycan Milli Məclisin sədri xanım Sahibə Qafarovanın dəvət məktubu səfir Vaqif Sadıqov tərəfindən xanım Stefaniya D’ozə təqdim olunub, İrəvan qrupuna aid Azərbaycan xalçaları haqqında kitab həmsöhbətə hədiyyə edilib. 

Arxiv üzrə axtarış