2022-01-17

Brüsseldə Avropa Azərbaycanlıları Konqresinin üzvləri, Belçikada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları və icma nümayəndələri ilə yeni ildə ilk görüş keçirilmişdir.

Belçikada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarını və icma nümayəndələrini salamlayan Vaqif Sadıqov bu görüşün Belçikada yaşayan azərbaycanlılarla ilk görüş olduğunu və qarşıdakı fəaliyyət proqramını müzakirə edib. O, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədən, Avropada yaşayan azərbaycanlıların lobbiçilik fəaliyyətlərindən, diaspora təşkilatlarının Azərbaycanın diplomatik korpusları ilə birlikdə bu Qələbəyə verdiyi töhfələrdən bəhs edib, xalqımızın Prezident İlham Əliyevlə birliyindən danışıb. Səfir Belçikada və Lüksemburqda bundan sonra da Azərbaycan diaspor təşkilatları və icmalarının daha da fəal olmasını, proseslərə aktiv münasibət bəsləmələrini tövsiyə edib.

Avropa Azərbaycanlılar Konqresinin prezidenti Sahil Qasımov çıxışında səfir Vaqif Sadıqova təşkil olunan görüş üçün təşəkkür edərək Avropadakı diaspor təşkilatları və icmalarının qitədəki Azərbaycan diplomatikkorpusları və nümayəndəlikləri ilə hər zaman birlikdə fəaliyyət göstərdiklərini söyləyib.

 

 

 

Arxiv üzrə axtarış