Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyinin 24.07.2020-ci il tarixli bəyanatı
22 iyul 2020-ci il tarixində Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyinin inzibati binası önündə Belçika Erməniləri təşkilatının (Comité des Arméniens de Belgique) təşviqi ilə radikal erməni qüvvələrinin törətdiyi vandalizm aktlarının və təxribatların tam və dəqiq araşdırılması, törədilən cinayət əməllərinin hüquqi qiymətləndirilməsi və erməni cinayətkarlarının cəzalandırılması üçün tərəfimizdən hüquqi və diplomatik müstəvidə bütün zəruri tədbirlər görülməkdədir.
Eyni zamanda, doğma azərbaycanlılarımızı qətiyyən erməni təxribatlarına uymamağa, Belçika qanunvericiliyinə əsasən davranmağa çağırırıq.
Azərbaycan hüquqi dövlətdir! Azərbaycan xalqı bütün dünya dövlətlərində öz haqq sözünü beynəlxalq və yerli qanunvericiliyə istinadən çatdırır!