2017-12-12

Səfirlikdə Ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

12 dekabr 2017-ci il tarixində Brüsseldə Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, NATO Yanında Daimi Nümayəndəliyi və yerli diaspora təşkilatlarının iştirakı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi anılıb. 

Mərasimdə çıxış edən Səfir Fuad İsgəndərov Ulu Öndərin keçdiyi şərəfli ömür yolunu xatırladaraq, məhz onun uzaqgörənliyi, iradəsi və əvəzsiz siyasi strategiyası sayəsində Azərbaycan Respublikasının bu gün dünya ölkələri tərəfindən etibarlı tərəfdaş kimi qəbul edildiyini bildirib. Heydər Əliyevin dünyanın görkəmli siyasi xadimləri arasında xüsusi yeri və çəkisi olduğunu diqqətə çatdıran Səfir F.İsgəndərov, onun siyasəti və siyasi nailiyyətlərinin daima yaşadılmasının önəmini vurğulayaraq, bütün həmvətənlərimizi  Heydər Əliyev irsinin qorunub saxlanılmasında yaxından iştirak etməyə səsləyib.

Mərasim zamanı çıxış edən digər qonaqlar da Azərbaycan dövlətçiliyinin qurulmasında müstəsna rol oynamış Heydər Əliyev irsinin əbədi olaraq yaşayacağına əminlik bildirmişlər.

anim 2017

Arxiv üzrə axtarış