2016-05-19
Xarici işlər naziri Elmar Məmmədyarov NATO-nun Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin Xarici İşlər Nazirlərinin iclasında iştirak etmək üçün Belçikaya səfər edəcəkdir
Xarici işlər naziri Elmar Məmmədyarov 20 may 2016-cı il tarixində Brüsseldə keçiriləcək NATO-nun Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin Xarici İşlər Nazirlərinin iclasında iştirak etmək üçün Belçikaya səfər edəcəkdir. Sözügedən iclasda nazir Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.