2016-cı il 26 sentyabr tarixində ümumxalq səsverməsi (referendum) keçiriləcəkdir
Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Belçika Krallığında və Lüksemburq Böyük Hersoqluğunda yaşayan vətəndaşlarının seçki hüquqlarının həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Brüssel şəhərindəki Səfirliyində seçki məntəqəsi yaradılacaqdır. Səsvermə saat 8.00-dan axşam 19.00-a qədər davam edəcəkdir.
Ümumxalq səsverməsi (referendum) ilə bağlı ətraflı məlumatı Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində əldə edilə bilər: http://www.msk.gov.az/az/referendum/.