2015-12-16

Səfir Fuad İsgəndərovun "Qafqazinfo" xəbər saytında dərc olunmuş müsahibəsi

-Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlər son zamanlar həssas mərhələyə qədəm qoyub. Avropa Parlamentində qəbul edilmiş qətnamə ciddi rezonans doğurdu. Bilmək istərdik ki, Azərbaycanın etirazlarından sonra Avropa İttifaqının reaksiyası necə oldu? Münasibətlərin normallaşması istiqamətində hansı işlər görülür?

- Azərbaycan diplomatiyasının əsas vəzifəsi xaricdə Azərbaycanın maraqlarını müdafiə etməkdir. Bu təkcə siyasi məsələlərlə bağlı deyil. Məsələn, Cənub Qaz Dəhlizi məsələsində səfirliyin rolu çox olub. Biz danışıqların birbaşa içtirakçısıyıq. Sentyabrın 10-da qəbul edilmiş qətnamə isə Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətləri çox çətin vəziyyətdə qoydu. Bu ilk növbədə Avropanın özünü pis vəziyyətə saldı. Təsəvvür edin ki, 50 faizdən çox investisiya Azərbaycana Avropa İttifaqından gəlir. Heç bir “Şərq tərəfdaşlığı” dövlətinin belə bir göstəricisi yoxdur. Azərbaycanın 50 faizdən çox ticarət dövriyyəsi Aİ ilə həyata keçirilir. Azərbaycan 45 milyardlıq layihə ilə Avropaya üz tutub. Heç bir “Şərq tərəfdaşlığı” dövləti belə bir güclü layihə ilə çıxış etmir. Biz üzv olmaq üçün heç kimin qapısını döymürük. Həmçinin maddi cəhətdən yardım istəmirik. Heç bir Avropa dövləti üçün qaçqınlar, radikalizm, terrorçuluq problemləri yaratmırıq.

Əksinə, terrorçuluqla mübarizədə, miqrasiya idarəetmə proseslərində, ekstremizmin qarşısının alınmasında Qərb tərəfdaşlarımız ilə ciddi nailiyyətlər əldə etmişik. Uzun müddətli təcrübəmiz var. Bütün sahələr üzrə Azərbaycan etibarlı və perspektivli tərəfdaş idi. Belə bir vəziyyətdə Avropa institutlarının Avropa Parlamentində olan bəzi qüvvələri bu inkişafın qarşısını almağa cəhd göstərdilər. Səbəblərdən biri də odur ki, Azərbaycan Avropa Parlamentində ciddi nailiyyətlər əldə etmişdi. Bütün beynəlxalq platformalarda Qarabağ problemini, ölkənin ərazi bütövlüyü məsələsini qaldırırıq. Əksər hallarda böyük nailiyyətlər əldə olunub.

Birləşmiş Millətlər Təşkilatında, ATƏT, Avropa Şurasında, İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında qətnamələr qəbul olunub. Amma Avropa Parlamentində qəbul olunan qətnamə öz mahiyyətinə görə unikal xarakter daşıyır. 2013- cü ilin oktyabrın 23-də Avropa parlamenti “Şərq tərəfdaşlığı” ölkələri ilə bağlı qətnamə qəbul etdi. Orada 6-cı paraqrafda qeyd olunur ki, “Şərq tərəfdaşlığı” proqramının bir ölkəsi tərəfindən digər ölkənin ərazisinin işğalı qətiyyətlə qəbuledilməzdir.

Dağlıq Qarabağ konfliktinin Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi dörd qətnaməsi əsasında, Minsk qrupunun prinsipləri əsasında həyata keçirilməsini tələb edir. Parlamentdə fəal olan ermənilər və onları dəstəkləyən digər lobbi qrupları çox fəallaşaraq Azərbaycanı tənqid atəşinə tutmağa çalışdılar. Tənqid də əsasən insan hüquqlarının pozulması və digər sahələrlə bağlıdır.

Bilirsiniz, heç bir Şərq Tərəfdaşlığı ölkəsi mükəmməl dövlət deyil. Hamısında onlarla, bəlkə də yüzlərlə problemlər var. Mənə sual verirlər ki, sizdə jurnalistlər həbs olunub. Cavab verirəm ki, bizdə jurnalist həbs olunubsa, Ukraynada isə bir neçə jurnalist qətlə yetirilib. Mən bunu misal kimi çəkirəm. Ukrayna mənə doğma dövlətdir. Orada təhsil almışam. Niyə görə məhz Azərbaycan tənqid atəşinə tutulub?

Ermənistanda baş verən dəhşətli proseslər, 1 milyon qaçqınla bağlı problem, digər insan haqları ilə bağlı pozuntular əksər hallarda qeyd olunmur, məhz Azərbaycana diqqət yetirilirdi. Biz bunun arxasında çox ciddi məqsədyönlü siyasət görürük. Qəsdən Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərini korlamaq istəyirlər. Bu bizim həyata keçiridiyimiz iqtisadi layihələrlə sinxron olaraq əks gedir. Biz Cənub Qaz Dəhlizi layihəsindən uğur əldə edən zaman daha çox tənqidə məruz qalırdıq. Bu qətnamə o zaman qəbul olunmuşdu ki, TANAP layihəsinin 50 faizindən çoxu tikilmişdi. TAP layihəsi artıq başlanmışdı. “Şahdəniz” layihəsində də işlər faktiki olaraq yekunlaşmaqda idi. Bu maraqlı prosesdir. Bunun arxasında konkret qüvvələr durur. O zaman cənab prezident də bəyan etdi ki, icraçı qurumlar tərəfindən bu məsələyə münasibət bildiriləcək. Milli Məclis buna münasibət bildirdi. Parlament kəskin qərar qəbul etdi. Avronestdə bütün fəaliyyətimiz dayandırıldı.Bu çox ciddi mesaj idi. Münasibətləri parlamentləarası ziddiyətlər çərçivəsində qoruyub saxlaya bildik.

İyul ayında Azərbaycana Avropa İttifaqı Şurasının prezidenti Donal Tusk səfər etmişdi. Bu səfərdən sonra o Azərbaycanın ərazi bütövlüyünün tanınması barədə rəsmi bəyanat vermişdi. Beş il bundan öncə Aİ Azərbaycanın ərazi bütövlüyünün tanınması barədə qərar qəbul edəndə bu Avropa institutları tərəfindən təkzib olundu. Beş ildən sonra, yəni 2015- ci ildə Azərbaycanın nüfuzu nə qədər artıb ki, Aİ-nın prezidenti özü ərazi bütövlüyünün tanınması ilə bağlı bəyanat verdi. Bu münasibətlərə böyük töhfə idi. Bu isə erməni işğalçı dövlətini dəstəkləyən qrupları tamamilə qıcıqlandırdı.

Avropa Parlamenti də insan haqları ilə bağlı cavabını belə vermək istədi. Hazırda iqtisadi əlaqələr davam etdirilir. Bu yaxınlarda Antalyada G-20 dövlətlərinin görüşündə cənab prezident də iştirak etmişdi. Orada bir sıra Avropa İttifaqı və Avropa dövlətlərinin başçıları ilə də görüşlər keçirildi. Bundan sonra qərara alındı ki, Xarici işlər naziri Tbilisidə keçirilən “Şərq tərəfadaşlığı” ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak etsin. Orada qonşuluq siyasəti üzrə komissarın iştirakı ilə bizim xarici işlər naziri arasında görüş keçirildi. Nəticədə Azərbaycan tərəfindən bu ilin mayında Riqa sammiti ərəfisində təqdim olunmuş strateji tərəfdaşlıq işləri ilə bağlı ilkin konsultasiyalar başlamasına dair qərar qəbul edildi. Biz dekabrın ortalarında ilkin konsultasiyaların başlaması üçün Avropa İttifaqından qrupun Azərbaycana gəlməsini gözləyirik.

- Görüşün əhəmiyyəti nədən ibarət olacaq?

- Nümayəndə heyəti Brüsseldən Bakıya gələcək. Bu çox ciddi bir mesajdır. O deməkdir ki, Avropa İttifaqı Azərbaycanla strateji tərəfdaşlıq sazişi üzrə işləməyə hazırdır. İlkin konsultasiyalar artıq başlayacaq. Gələn ilin əvvəllərində Avropa İttifaqının yüksək səviyyəli rəsmisi Azərbaycana səfər edəcək. Hesab edirəm ki, Azərbaycan və Avropa İttifaqının keçdiyi bu sınaqlar dövründən addım-addım çıxa biləcəyik.

- Bir növ Avropa İttifaqının yaranmış vəziyyətdən nəticə çıxardığını deyə bilərikmi?

- Mən bütün danışıqlarda da qeyd etdim ki, Azərbaycan kimi tərəfdaşı itirmək Avropa İttifaqı üçün günahdır. Bu gun baxaq Avropaya bütün təhlükələrin qonşuluqdan gəldiyini görərik. Afrika, Liviya, Suriya, İraq və.s dövlətlər. Milyondan çox qaçqın Avropaya gəlir. Terror aktları baş verir. Qonşuluqda yeganə müsəlman xalqı olan Azərbaycan daim özünü etibarlı tərəfdaş kimi göstərib. Və onun heç vaxt üzvlük istəyi olmayıb. Türkiyə tamamilə ayrıdır. O Avropa İttifaqına üzv olmaq istəyir və ayrı əlaqələr qurur. Belə bir vəziyyətdə Azərbaycan kimi ölkəni siyasi tərəfdaş kimi itirmək hansı məntiqə uyğundur?

Mənə elə gəlir ki, ilk gündən Avropa İttifaqının rəsmiləri bunu anlayırdılar. Buna görə də Avropa İttifaqının komissiyası parlamentdə kəskin olaraq qətnamənənin əleyhinə çıxış etdi. Heç bir zaman görməzdim ki, qətnamənin qəbulu zamanı böyük koalisiya olacaq. Avropa Xalq Partiyası Azərbaycanın lehinə səs verdi. Həmişə bizi tənqid edən partiya belə bir qətnamənin qəbul edilməsini istəmirdi. Amma solçular qətiyyətlə qətnamənin qəbul edilməsinə tərəfdar çıxdılar. Avropa Azad Alyansı adlandırılan qrup isə əsasən seperatçılığı dəstəkləyən qruplardır.

- Münasibətin bu səviyyəyə gəlib çıxdığı dövrdə Azərbaycanın Avropa Parlamentində fəaliyyətini bərpa etməsi mümkün ola bilərmi?

- Bu sualı parlament nümayəndələrinə vermək lazımdır. Qərar Milli Məclisindir. Milli Məclisin qərarına şərh verməyə ixtiyarım yoxdur. Mən burada cənab prezidentin nümayəndəsiyəm. İcraçı qurumlara cavabdehəm. Yeni parlament seçiləndən sonra Avropa İttifaqı seçkiləri alqışlayan bəyanat verdi. Aİ bütün Azərbaycan dövlətinin qurumları ilə yeni seçilmiş parlamentlə də əməkdaşlıq etməyə hazırdır. Demək olmaz ki, münasibətlər tam korlanmışdı. Strateji nöqteyi-nəzərdən bu münasibətlərin gələcəyi çox parlaqdır. Çünki Azərbaycan öz məhsulu ilə Avropa bazarına gedir. Siyasi dialoqu yaxşı bir iqtisadi bazaya əsaslandıranda bərabərhüquqlu və ciddi nəticələr verir. Bizim siyasi dialoqumuz çox ciddi iqtisadi bazaya əsaslanacaq. Azərbaycan konsorsiumla birgə Avropa İttifaqının ərazisində unikal infrastruktur yaradır. Bundan gözəl iqtisadi baza ola bilərmi?

- Avropada fəaliyyət göstərən beynəlxalq təşkilatlar, əsasən da sosial demokratlar hər zaman daha güclü mövqedə olublar. Bunların son vaxtlar Azərbaycana qarşı münasibətləri xeyli dəyişib. Yumşalma hiss edilməkdədir. Məlum qətnamədə də fikirlərin dəyişməsində düşünürəm ki, səfirliklərin rolu böyük olub. Bundan sonra səfirliyin addımları nədən ibarət olacaq?

- Son iki gün ərzində mən Avropa Parlamentinin iki vitse-prezidenti ilə görüşmüşəm. Biz müntəzəm olaraq öz işimizi görürük. Azərbaycan prezidenti bizim qarşımızda hücum diplomatiyası konsepsiyası qoyub. Azərbaycanın məqsədi bütün münasibətlərdə bərabərhüquqlu səviyyədə əməkdaşlığı inkişaf etdirməkdir. Bu əməkdaşlıq kiçik və böyük qardaş münasibətləri kimi ola bilməz. Təəssüflər olsun ki, bəzi dövlətlər sovetlər dövründə olan Kremli Brüsselə yaxud Vaşinqtona dəyişmək istəyirlər. Belə yanaşma yoxdur. Bizim münasibətimiz tamamilə ayrıdır. Bir misal çəkim. 28 dövlət Avropa İttifaqının üzvüdür. Onlardan 9-u ilə strateji tərəfdaşlıq sazişimiz var. Onların içərilərində Avropa İttifaqını yaradan dövlətlər də var. Belə bir vəziyyətdə Avropa İttifaqı ilə strateji tərəfdaşlıq çərçivəsində işləmək olar. Əsas şərt isə birmənalı olaraq bərabarhüquqlu yanaşmadır.

2013-2014-cü illər ərzində dörd saziş imzalanıb. Bunlara vizaların sadələşdirilməsi, readmissiya haqqında olan sazişlər daxildir. Bizə təklif edirlər ki, vizaları liberallaşama sazişi ilə işləyək. Amma bunun üçün əvvəlcədən müəyyən güzəştlərə getmək lazımdır. Bundan sonra bizə hansısa preferensalar verilə bilər. Amma biz bu yanaşmanı qəbul etmirik. Azərbaycan tərəfi həmişə bərabərhüquqlu tərəfdaş olduğunu bəyan edib. Siz 500 milyonluq Avropa, biz 9 milyonluq dövlət olsaq da bərabərhüquqlu tərəfdaşıq. Ayrı cür tərəfdaşlığı da qəbul etmirik. Bu yanaşma ilə biz inkişaf edcəyik. Buna heç kəsdə şübhə olmasın. Biz bu mövqedən bir addım geriyə çəkilsək, Azərbaycan siyasətində çox ciddi mənfi proseslər baş verə bilər. Ona görə də qarşımıza qoyulan hücum diplomatiyası konsepsiyası vacib, prinsipial xarakter daşıyır. Bu o deməkdir ki, biz hər zaman irəli getməliyik və öz tərəfdaşlarımızdan heç zaman çəkinməməliyik.
Mən bu gün Avropa İttifaqının hər hansı rəsmisi ilə görüşəndə narahatlıq hissi keçirmirəm. Mən müstəqil Azərbaycanın burada fövqəladə və səlahiyyətli səfiriyəm. Və heç də onlardan öz səviyyəmə görə aşağı vəzifədə deyiləm. Onlarla bərabərhüquqlu söhbət apara bilərəm. Bunu anlamaq lazımdır. Bu bizim ən böyük nailiyyətlərimizdən biridir.

- Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edəcək dövlətlərdən biridir. Azərbaycan Avrasiya İttifaqına qoşulsa, Avropa İttifaqının Azərbaycana münasibətləri dəyişə bilərmi?

- Avropa İttifaqının Azərbaycana münasibəti Avrasiya İttifaqı ilə münasibətlərdən asılı deyil. Azərbaycan Avrasiya İttifaqının əksər dövlətləri ilə Ermənistandan başqa, normal qonşuluq münasibətləri var. Mənə elə gəlir ki, Azərbaycan ölkəmizin ərazilərini işğal edən dövlətlə hansısa ittifaqa gedə bilməz. Avropa İttifaqında da bunu anlayırlar. Ona görə də Avrasiya İttifaqı amili Azərbaycan-Avropa İttifaqı münasibətlərinə öz təsirini o qədər də göstərmir. Azərbaycan özü bir dövlət kimi Avropa üçün xüsusi əhəmiyyət kəsb edir. Bu təkcə qazla bağlı deyil. Hələ bizim qazımız Avropaya çatmayıb. Soyuq qışları hələlik Azərbaycan qazı ilə isitmirlər. 2019-2020- ci illərdən tez Azərbaycanın qazı Avropa bazarına çatmayacaq. Amma perspektiv çox böyükdür. Ona görə də mən münasibətləri yalnız energetika ilə bağlamazdım.

Ən optimal məqam odur ki, Azərbaycan bütün sivilizasiyaların kəsişdiyi nöqtədə yerləşir. Şərqə aparan ən qısa və səmərəli dəhliz Gürcüstan və Azərbaycandır. Şərqdən Qərbə aparan ən qısa və səmərəli dəhliz yenə də Azərbaycanla Gürcüstandır. Təhlükəsizlik məsələsində Azərbaycan həm İraqda, həm də Əfqanıstanda sülhməramlı qüvvələr çərçivəsində iştirak edib, öz töhfəsini verib. Terrorçuluqla mübarizədə Azərbaycan kimi dövlət tərəfindən verilən töhfə Avropa dövlətləri tərəfindən verilməyib. Əməkdaşlıq çərçivəsində Avropa İttifaqına terror aktları planlaşdıran şəxslər Azərbaycanda həbs olunaraq Avropaya ekstradisiya olunublar. Azərbaycanın belə mahiyyəti, aktuallığı var. Məsələn, sivilizasiyalararası dialoqda çox ciddi problem nədən ibarətdir? Nəyə görə Mollenberqdə terror aktlarını həyata keçirməyə hazır olan insanlar peyda olub? Onlar Belçikda təhsil alıb. Bu ölkənin vətəndaşlarıdır. Ona görə baş verdi ki, mədəniyyətlərarası inteqrasiya ölkə daxilndə təmin olunmamışdı. Hər bir dini, mədəni cəmiyyət öz qanunları ilə yaşayırdı. Azərbaycan isə mədəniyyətlər və dinlərarası münasibətlərin nəinki daxildə, həmçinin beynəlxalq səviyyədə də nümayiş etdirib.

Xalqımızın Avropa ilə bağlı gələcəyinə ümidlərim çoxdur. Ona görə ki Azərbaycan xalqı hər zaman öz milli ənənələrini qoruyaraq Avropadan da bizə lazım olan ənənələri götürmüşdür. Yüzlərlə Azərbaycan tələbələri Avropanın təhsil ocaqlarında oxuyurlar.

- Azərbaycan diasporalarının xaricdəki fəaliyyətini qənaətbəxş hesab etmək olarmı?

- Azərbaycanın diaspora təşkilatları ayrı-ayrı dövlətlərdə eyni həcmdə təmsil olunmayıblar. Məsələn, mən Niderlandda işləyəndə orada olan Azərbaycan diasporu Belçikadan qat-qat böyük idi. Öz mahiyyətinə görə üç hissədən ibarət idi. Azərbaycandan gələn,Türkiyədən olan azərbaycanlılar və İran əsilli Azərbaycan dilində danışan diaspora nümayəndələri. Belçikada isə bizim diasporanın sayı qat-qat azdır. Buradakı fəaliyyəti iki növə bölmək istərdim. Birincisi, mədəni və siyasi tədbirlər keçirilməsi. Məsələn, Xocalı və 20 Yanvar faciələri günü bizim diaspora həmişə öz sözünü deyir. Həmçinin Novruz bayramlarında da. Avropa Parlamentində bir zaman Azərbaycana düşmən qüvvələr Əlikram Hümbətov kimi vətən xainini dəvət edərək tədbirlər keçirirdilər.

Güya ki, Azərbaycanda milli azlıqlara imkan verilmir. Azərbaycan diasporasının əksər nümayəndələri həmin tədbirdən qabaq aksiya keçirdilər və öz sözlərini kəskin şəkildə bildirdilər. Faktiki olaraq həmin tədbirin nəticəsi sıfıra endi. Bu siyasi amil idi. Mən Niderlandda işləyərkən diaspora təşkilatlarından biri Xocalı heykəlini quraşdırmşdı. Rotterdamda Bakı küçəsi var. Lövhənin açılışında Rotterdam merini dəvət etmişdik. Bakının Qaradağ rayonunda da Rotterdam küçəsi açıldı. Niderlandda partizan hərəkatının rəhbəri olan Məmməd Məmmədov adlı şəxs var idi. O kampusdan qaçaraq müqavimət hərəkatı yaratmış, orada ailə qurmuş, Oysterveyk şəhərində yaşamış, həmin şəhərin fəxri vətəndaşı olmuşdu. Kraliça tərəfindən Milli Qəhərman adına layiq görülmüş və 2003- cü ildə dünyasını dəyişmişdi. Bizim diaspora Osterberq şəhərində onun adına küçə və heykəl qoydu. Səfirlik bu məsələlərə sadəcə dəstək göstərirdi. Belçikada da maraqlı layihələrimiz olub. Xocalı, 20 Yanvarla bağlı çoxsaylı mitinqlər keçirilib. Konsert proqramları təşkil edilib. Burada xəstə adamlar üçün xüsusi olimpiadalar da keçirilib.

Benilüks Azərbaycanlılar Konqresi kimi təşkilatımız da var. Burada Belçika-Azərbaycan Dostluq Cəmiyyəti də fəaliyyət göstərir.

- Bildiyimizə görə, dövlət səfirlik üçün yeni bina alıb. Ora nə vaxt köçəcəksiniz?

- Yarım hektar ərazisi olan, Brüsselin ən gözəl yerində yerləşən bir bina alınıb. Ən hörmətli səfirliklər, dövlət qurumları orada yerləşir. Yaxın zamanlarda köçmək planları var. Qeyd edim ki, səfirliyin yerləşdiyi bina 1995- ci ildə alınıb. 1995-ci ildə bina alınanda səfirlikdə dörd nəfər adam işləyirdi. İndi isə 18 nəfər adam işləyir. O zaman Azərbaycanın xaricdə 4-5 nümayəndəliyi var idi. İndi isə 70 nümayəndəliyimiz var.

- Leyla Yunusun azadlığa çıxmasını Avropa Parlamentində necə qarşıladılar?

-  Almaniyanın hakim partiyasını Avropa Parlamentində təmsil edən xarici əlaqələr komitəsinin sədri Elmar Brok da bəyanatında Azərbaycan rəsmilərinə təşəkkürünü bildirib. Bu həm də xarici əlaqələr komitəsinin mövqeyidir.

- Avropada sığınacaq alan həmyerlilərimizin ora hansı adla gəlməsi məsələsi aktualdır. Bizim araşdırmamız nəticəsində məlum olub ki, onların çoxusu Avropaya qondarma adlarla üz tuturlar. Bunun üçün xüsusi firmalar çalışır. O adları orada qaldıqları müddətdə daşımalıdırlar. Bəziləri erməni kökənli olmasını, dini ayrı-seçkiliyə məruz qaldıqlarını deyirlər . Bu adamlar Azərbaycan dövlətinin əleyhinə çalışanlardır. Belə məsələlərin qarşısını almaq üçün səfirlik nə etməlidir?

- İnsan öz dinini, millətini, cinsini dəyişərək hər hansı yerdə yaşamağa hazırdırsa, bunlardan nə gözləmək olar?

- İçlərində siyasi təzyiqlə üzləşdiklərini deyənlər, jurnalist fəaliyyəti ilə məşğul olanlar da var...

- Hazırda sığınacaq almaq olduqca çətinləşib. Deyə bilərəm ki, Azərbaycana qayıdanların sayı Azərbaycandan gedənlərin sayından çoxdur. Nə qədər biz özümüzü avropalı kimi aparsaq da, bura bizim vətənimiz deyil. Nə problemlərin olursa olsun, yeganə rahat ölkə öz ölkəndir. Bəziləri özlərini burada istədiyi səviyyədə tapa bilmir. Bəziləri isə normal iş əlaqələri yaradaraq artıq Bakıya köçüb. Qeyri leqallar isə mütləq qayıtmalıdır. Qeyd edə bilərəm ki, Azərbaycan diasporasının əksəriyyəti Azərbaycan dövlətçiliyinə sadiqdir.

Arxiv üzrə axtarış