Avropa İttifaqı Şurasının sədri Donald Tuskun Azərbaycan Prezidenti İlham Əliyevlə 21 may 2015-ci il tarixində baş tutmuş telefon danışığından sonrakı bəyanatı
Bu səhər mən Prezident Əliyevə və Bakıda baş vermiş ölümcül bina yanğını qurbanlarının ailə üzvləri və yaxınlarına baş sağlığı verdim. Onların hamısına görə ürəyim üzülür. Prezident Əliyevin bu faciəvi hadisəyə görə buğun Riqada Şərq Tərəfdaşlığı Sammitində iştirak edə bilmədiyinə görə təəssüflədiyimlə yanaşı, onun bu ağir dəqiqələrdə öz xalqı ilə olmasının zərurətini anlayıram.
Telefon danışığı zamanı biz həmçinin Şərq Tərəfdaşlığı proqramını və Azərbaycanla Avropa İttifaqı arasında ikitərəfli münasibətləri müzakirə etdik. Biz qarşılıqlı olaraq Tərəfdaşlıq prinsiplərinə sadiqliyimizi və Aİ-Azərbaycan münasibətlərinin davamlı inkişaf etdirmək niyyətimizi bir daha təsdiqlədik. Biz Aİ və Azərbaycan arasında yeni saziş üzrə danışıqların yaxın zamanlarda başlanacağı faktını müsbət qarşıladıq.
Sonda, mən Prezident Əliyevin Azərbaycana dəvətini qəbul etməyə məmnun oldum.
Riqa, 21 may 2015-ci il