Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Qonşuluq siyasəti və Genişlənmə danışıqları üzrə Komissarı Yohannes Hann ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov 29 sentyabr 2015-ci il tarixində BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Avropa İttifaqının Qonşuluq siyasəti və Genişlənmə danışıqları üzrə Komissarı Yohannes Hann ilə görüşüb.
Nazir Elmar Məmmədyarov Avropa Parlamenti tərəfindən Azərbaycan haqqında qəbul edilmiş əsassız və cəfəng qətnamə vasitəsilə bəzi dairələrin Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə zərbə vurmaq məqsədi güddüklərini diqqətə çatdırdı. Bu qətnamənin və qərəzli münasibətin qəbuledilməz olduğunu vurğuladı.
Yohannes Hann Avropa İttifaqının Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu və hətta bir sıra sahələrdə əməkdaşlığı genişləndirmək arzusunda olduğunu bildirdi.
O, qarşılıqlı faydalı əməkdaşlığın təmin edilməsi məqsədilə yaxın zamanlarda təmaslara başlanacağına ümidvar olduğunu diqqətə çatdırdı.