2023-12-12

Lüksemburq Böyük Hersoqluğunda yaşayan vətəndaşlarımız və soydaşlarımızın nəzərinə ‼️

Hörmətli həmvətənlər,

Lüksemburq Böyük Hersoqluğunda yaşayan vətəndaşlarımız və soydaşlarımıza hüquqi yardımın göstərilməsi, müvafiq konsulluq əməliyyatlarının aparılması və konsulluq-hüquq məsələləri ilə bağlı məlumatların təqdim edilməsi məqsədilə cari ilin 18 dekabr tarixində saat 11:00dan 14:00dək Lüksemburq şəhərində səyyar konsulluq qəbulu təşkil ediləcəkdir.
Ünvan: DoubleTree by Hilton Luxembourg, Rue Jean Engling 12, L-1466, Luxembourg.

Arxiv üzrə axtarış