2023-03-03

Azərbaycanın tanınmış ifaçıları Brüsseldə konsert proqramı ilə çıxış ediblər

Ölkəmizin mədəniyyətinin xarici ölkələrdə tanıdılması məqsədilə Azərbaycanın Belçika Krallığındakısəfirliyi mədəni diplomatiya fəaliyyəti vasitəsilə müxtəlif tədbirlər keçirməyə davam edir.


Bu dəfə Brüsselin “Wolubilis” Mədəniyyət Mərkəzində Azərbaycanın Xalq artisti Ənvər Sadıqovun rəhbərliyi ilə “Qaytağı” qrupunun və Əməkdar artist Emil Əfrasiyabın “Təəssürat” adlıkonserti təşkil edilib.

Konsertdə virtuoz musiqiçilərimizin ifasında Azərbaycanın rəqs havaları, xalq vəbəstəkar mahnıları, dünya bəstəkarlarının tanınmış əsərləri etno-caz üslubunda ifa olunub.


Açılış nitqi ilə çıxış etmiş səfirliyin mədəniyyət məsələləri üzrə məsul əməkdaşı Talehə Həsənli konsertiniştirakçılarını zəngin və müxtəlif Azərbaycan mədəniyyəti, onun əsas istiqamətlərindən biri olan millimusiqimizin bir zamanlar Qobustan daşlarında ifa olunmasından, aşıq havalarına, muğam təsniflərinə, milliklassik musiqi və operalara, müasir estrada və caz janrına qədər keçdiyi yol haqqında bəhs edib.


Konsertdə iştirak etmiş diplomatik korpusun nümayəndələri, Avropa İttifaqının rəsmiləri, Belçikanın dövlətqurumlarının, mədəniyyət, mətbuat və akademik dairələrinin nümayəndələri, Azərbaycan icmasının üzvlərivə digərləri tərəfindən musiqiçilərimizin ifası böyük maraqla və alqışlarla qarşılandı. Yerli KİV-lər ƏnvərSadıqov və Emil Əfrasiyabdan müsahibə aldılar.

Arxiv üzrə axtarış