Belçikada Avropa Kollecində Azərbaycan milli günləri keçirilib
Belçikanın tarixi Brügge şəhərində yerləşən, Avropa İttifaqının nüfuzlu təhsil müəssisəsi olan Avropa Kollecində 23-28 yanvar tarixlərində Azərbaycan milli günləri keçirilib.
REAL xəbər verir ki, Milli günlər çərçivəsində gənc pianoçu Etibar Əsədlinin caz-muğam konserti təşkil edilib, milli mətbəx təqdimatı və müxtəlif ölkələrdən olan kollecin tələbələri arasında Azərbaycanla bağlı müsabiqə keçirilib, qaliblərə suvenirlər təqdim olunub.
Tədbir Avropa Kollecində təhsil alan tələbələrimiz Xəyyam Rzazadə, Elvin Hacıyev və Necla Ayvazinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycanın Belçikadakı Səfirliyinin dəstəyi ilə baş tutub.
Tələbələr Səfirliyə dəstəyə görə təşəkkürlərini bildiriblər.
https://www.youtube.com/watch?v=c8fUXCQUdi4