2022-12-02

Belçika şirkətlərinə Azərbaycanda nəqliyyat və rəqəmsallaşma sahəsində həyata keçirilən layihələr haqda məlumat verilib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Brüsselə işgüzar səfəri çərçivəsində Belçikanın Sənaye Müəssisələri Federasiyası – “Agoria”nın təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak edib.

Belçikanın İKT, nəqliyyat və kosmik sahədə fəaliyyət göstərən şirkətlərinin qatıldığı tədbirdə Azərbaycanda müvafiq sahələr üzrə həyata keçirilən layihələr haqqında məlumat verilib, şirkətlərlə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Avropa İttifaqının ədliyyə komissarı Didier Reynders ilə keçirilən görüşdə isə Ümumi Məlumatların Qorunması Qaydalarına (GDPR), məlumatların qorunması istiqamətində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Həmçinin nazir Rəşad Nəbiyev Belçikanın baş nazirinin müavini, nəqliyyat naziri Georges Gilkinet və Belçikanın rəqəmsallaşma üzrə dövlət katibi Mathieu Michel ilə görüşlər keçirib. Görüşlərdə nəqliyyat və rəqəmsallaşma, eləcə də bu sahələrdə hüquqi bazanın təkmilləşdirilməsi məsələləri müzakirə edilib.

Arxiv üzrə axtarış