2022-11-18

“Şuşa İli” çərçivəsində 2022-ci ilin 18 noyabr tarixində CBC televiziya kanalının jurnalisti Anastasiya Lavrinanın müəllifi olduğu “Erməni separatistləri tərəfindən dağıdılmış Qarabağ xristian kilsələri” adlı sənədli filmin nümayişi baş tutmuşdur.

Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə elan olunmuş “Şuşa İli” çərçivəsində 2022-ci ilin 18 noyabr tarixində “Sustainable Value Hub” təşkilatının və Səfirliyin birgə təşkilatçılığı ilə CBC televiziya kanalının jurnalisti Anastasiya Lavrinanın müəllifi olduğu “Erməni separatistləri tərəfindən dağıdılmış Qarabağ xristian kilsələri” adlı sənədli filmin nümayişi baş tutmuşdur.

 

Qeyd olunan tədbirdə Avropa İttifaqının müxtəlif siyasi institutlarının rəsmiləri, Avropa Parlamentindən nümayəndələr, Belçika Xarici İşlər Nazirliyinin, müxtəlif tədqiqat mərkəzlərinin, Belçikada fəaliyyət göstərən diplomatik korpusun əməkdaşları, kütləvi informasiya vasitələrinin nümayəndələri, Azərbaycan icmasının üzvləri və digərləri iştirak etmişdir.

 

Qeyd etmək istərdik ki, Anastasiya Lavrinanın Brüsselə səfəri çərçivəsində Avropa Parlamentinin üzvü Marton Gyöngyösi, Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar, Avropa Siyasət Mərkəzinin (EPC) baş siyasi təhlilçisi Amanda Pol, Avropa Qonşuluq Şurasının (ENC) icraçı direktoru Samuel Vesterbay və digərləri ilə müsahibələri təşkil olunmuşdur. 

https://youtu.be/V2bZ21JFW44

 

 

Arxiv üzrə axtarış