2022-12-07

Böyük Lüksemburq Hersoqluğunda yaşayan vətəndaşlarımız və soydaşlarımızın nəzərinə❗️

Hörmətli həmvətənlər,

Böyük Lüksemburq Hersoqluğunda yaşayan vətəndaşlarımız və soydaşlarımıza hüquqi yardımın göstərilməsi, müvafiq konsulluq əməliyyatlarının aparılması və konsulluq-hüquq məsələləri ilə bağlı məlumatların təqdim edilməsi məqsədilə cari ilin 09 dekabr tarixində saat 11:00dan 14:00dək Lüksemburq şəhərində səyyar konsulluq qəbulu təşkil ediləcəkdir.
Ünvan: DoubleTree by Hilton Luxembourg, Rue Jean Engling 12, L-1466, Luxembourg.

Arxiv üzrə axtarış