2022-09-26

Avropa Parlamentinin üzvləri AZPROMO-da olub

Avropa Parlamentinin Kənd, dağlıq və ucqar ərazilər və ağıllı kəndlər üzrə interqrupunun sədri Frank Boqoviçin rəhbərlik etdiyi nümayəndə heyəti İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) olub.

Agentliyin rəhbəri Yusif Abdullayev ölkəmizin biznes və investisiya imkanları, hazırlanan Milli İxrac Strategiyası barədə məlumat verib, AZPROMO-nun İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAIPA) üzvü olduğunu diqqətə çatdırıb. Görüşdə kənd təsərrüfatı, turizm və enerji sektorlarında investisiya imkanları barədə fikir mübadiləsi aparılıb, Azərbaycanda “ağıllı” kəndlərin qurulması layihəsi qarşı tərəfin böyük marağına səbəb olub.

Arxiv üzrə axtarış