2022-06-07

Brüssel Mətbuat Klubunda Cənubi Qafqazda gələcək imkanlar mövzusunda panel müzakirəsi keçirilib

Brüsseldə yerləşən “EU Reproter” kütləvi informasiya vasitəsinin təşkilatçılığı və eyniadlı mətbu orqanının siyasi redaktoru Nik Pauelin moderatorluğu ilə keçirilmiş panel müzakirəsində Avropa Parlamentinin üzvləri, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Marina Kalyurand, həmsədrin müavini Kosma Zlatovski, İtaliyanın Beynəlxalq Siyasi Tədqiqatlar İnstitutunun kiçik elmi işçisi Karlo Frappi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi Şahmar Hacıyev çıxış ediblər.

Tədbir Cənubi Qafqazda baş verən son hadisələrin təhlilini və müzakirəsini aparmaq, ölkələrin öz aralarında, qonşuları və Aİ ilə münasibətlərin qurulması və möhkəmləndirilməsində yeni kurs təyin etmək əzmkarlığını təhlil və müzakirə etmək məqsədi daşıyıb. Həmçinin dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyə, ərazi bütövlüyünə və müstəqilliyinə tam hörmətlə yanaşaraq regionda mehriban qonşuluq münasibətləri qurmaq və təşviq etmək üçün səy göstərən ölkələrin həyata keçirdiyi siyasətə xüsusi diqqət yetirilib.

Paneldə Avropada baş verən enerji böhranı fonunda təhlükəsizliyin, etibarlılığın və təchizatın əlverişliliyinə töhfə vermək baxımından Cənubi Qafqazın əhəmiyyəti vurğulanıb, regionda sülh gündəliyinin irəlilədilməsinin Aİ-nin qonşuluğuna təhlükəsizlik, sabitlik və firavanlıq gətirəcəyi, ticarət və nəqliyyat əlaqələrini gücləndirməklə möhkəm, dayanıqlı, inteqrasiya olunmuş iqtisadiyyatların qurulması üzrə Aİ-nin məqsədlərinə xidmət edəcəyi qeyd olunub.

Sonda çıxışçılar tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Tədbirdə Avropa İttifaqının müxtəlif siyasi institutlarının rəsmiləri, Avropa Parlamentindən nümayəndələr, Belçika Xarici İşlər Nazirliyinin əməkdaşları, müxtəlif tədqiqat mərkəzlərinin əməkdaşları, media nümayəndələri, Belçikada fəaliyyət göstərən diplomatik korpusun əməkdaşları və digərləri iştirak ediblər.

https://www.youtube.com/watch?v=hSag3BYW8zY 

Arxiv üzrə axtarış