2022-04-09

Belçikanın flamanddilli “VRT” nəşri Brüssel danışıqları barədə məlumat yayıb

Belçikanın ən böyük flamanddilli “VRT” nəşri Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında Brüsseldə aparılan danışıqlar barədə məlumat yayıb.

Nəşr Avropa Şurasının Prezidenti Şarl Mişelin danışıqlarda vasitəçi rolunu vurğulayıb. Məlumatda deyilir ki, iki Cənubi Qafqaz ölkəsi sülh müqaviləsinin hazırlanması üzrə işi davam etdirmək qərarına gəliblər.

Məqalədə 1988-ci ildə başlayan və 2020-ci ildə 44 günlük müharibə ilə başa çatan münaqişənin tarixçəsi barədə qısa məlumat verilib.

https://www.vrt.be/vrtnws/nl/2022/04/07/armenie-en-azerbeidzjan-starten-nieuwe-vredesgesprekken-op/

 

Arxiv üzrə axtarış