2021-12-01

İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

Toivo Klaar Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev Şarl Mişelin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Avropa İttifaqı Şurasının Prezidentinə çatdırmağı xahiş etdi.

Görüşdə Avropa İttifaqı-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri, Cənubi Qafqazda əməkdaşlıq perspektivləri, postmünaqişə vəziyyəti və Ermənistan-Azərbaycan sərhədində noyabr ayında baş vermiş gərginliklə bağlı məsələlər müzakirə edildi.

Söhbət zamanı, həmçinin bu ay Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı Sammitinin gündəliyinə dair fikir mübadiləsi aparıldı.

Toivo Klaar helikopter qəzası nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı dövlətimizin başçısına başsağlığı verdi. Prezident İlham Əliyev başsağlığına görə təşəkkür etdi.

Arxiv üzrə axtarış