2021-11-15

15 noyabr tarixində Səfirlik tərəfindən gənc bəstəkar və pianoçu Etibar Əsədlinin caz triosu və Azərbaycan Respublikasının əməkdar artisti, tarzən Şəhriyar İmanovun Brüsseldə Zəfər Gününə həsr olunmuş konserti keçirilmişdir

Konsertdə Şərq Tərəfdaşlığı Xarici İşlər Nazirlərinin görüşü çərçivəsində Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, nazir müavini Fariz Rzayev, nümayəndə heyətinin üzvləri, Belçikada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və heyətləri, Avropa İttifaqı institutlarının nümayəndələri, diaspora üzvləri, yerli mədəniyyət, elm və mətbuat qurumlarının təmsilçiləri iştirak etmişlər.
Tədbirdə nazir Ceyhun Bayramov və səfir Vaqif Sadıqov Zəfər Günü ilə bağlı çıxış etmişlər, iştirakçılara 44 günlük Vətən müharibəsinə həsr olunmuş foto sərgi və video çarxlar nümayiş etdirilmişdir.

Arxiv üzrə axtarış