2021-10-05

Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyində bu ölkənin müxtəlif şəhərlərində məskunlaşmış Azərbaycan icmasının nümayəndələri ilə görüş keçirilib.

2021-ci ilin oktyabr ayının 2-də Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyində bu ölkənin müxtəlif şəhərlərində məskunlaşmış Azərbaycan icmasının nümayəndələri ilə görüş keçirilib.

Görüşdə Belçikada yaşayan soydaşlarımızın problemləri, yerli cəmiyyətə inteqrasiya məsələləri, Azərbaycan həqiqətlərinin təbliği, yaradılması nəzərdə tutulmuş “Belçika Azərbaycanlıları Federasiyası” (BAF) diaspor təşkilatının struktur bazasının formalaşdırılması, eləcə də vətəndaşlıq vəziyyətindən asılı olmayaraq Belçikada yaşayan həmyerlilərimizin konsulluq məsələlərinə dair üzləşdikləri əsas problemlərin interaktiv müzakirəsi üçün şəraitin yaradılması ilə bağlı müzakirələr aparılıb.

Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov diasporun fəaliyyətindən söz açıb, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasını, müharibə dövründə və müharibədən sonra gördükləri işləri yüksək qiymətləndirib.

Sonda diaspor fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində fikir mübadiləsi aparılıb, diaspor nümayəndələrinin təklifləri və müraciətləri dinlənilib.

 

https://azertag.az/xeber/1893305

Arxiv üzrə axtarış