2021-08-27
Brüsseldə yerləşən Azərbaycan Evində Azərbaycan icması ilə görüş keçirilib
26 avqust tarixində Brüsseldə yerləşən Azərbaycan Evində Azərbaycan icması ilə görüş keçirilmişdir. Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Belçikadakı fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıqov çıxış ediblər. Tədbirdə Komitənin nümayəndələri, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının, Azərbaycan Evinin, Belçikadakı azərbaycanlı icmasının təmsilçiləri və Azərbaycan diplomatları iştirak ediblər.