Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyinin təşəbbüsü ilə 28 May - Respublika Gününə həsr olunmuş klip ekranlaşdırılıb.
Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyinin təşəbbüsü və maliyyə dəstəyi ilə 28 May - Respublika Gününə həsr olunmuş klip ekranlaşdırılıb.
2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı çərçivəsində çəkilən klip bəstəkar Qara Qarayevin “Yeddi gözəl” baletindən vals musiqi parçasının ifası üzərində ərsəyə gəlib. Musiqinin ifaçısı Avropada musiqi təhsili almış gənc pianoçu, Prezident təqaüdçüsü Nərmin Nəcəflidir.
Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə Avropa İttifaqının aparıcı ölkələrinin mədəni irsinin qorunması istiqamətində görülmüş işlər, həyata keçirilmiş layihələr, dünya əhəmiyyətli abidələrin bərpasına göstərilən yardımlar, həmçinin Azərbaycan həqiqətlərini əks etdirən layihələrin, heykəl və abidələrin Avropa şəhərlərində ucaldılması ilə bağlı təsvir və açıqlamalar klip ərzində nümayiş olunur.
Qeyd edək ki, bəstəkar Qara Qarayevin “Yeddi gözəl” baleti XII əsrdə yaşamış Azərbaycan şairi Nizami Gəncəvinin eyniadlı əsərinin motivləri əsasında bəstələnib.
Nizami Gəncəvinin “Yeddi gözəl” poeması multikultural dəyərlərin insanın və cəmiyyətin mənəvi zənginliyindəki rolunu, yerini və əhəmiyyətini nümayiş etdirir. “Yeddi gözəl” müxtəlif xalqların mədəniyyətlərinə hörmət və ehtiramın böyük poeziya çələngidir.
https://www.youtube.com/watch?v=ozwXpKVVbG8