2-ci Dünya Müharibəsi zamanı Belçika ərazisində həlak olmuş həmvətənlərimizin xatirəsi Brüssel şəhərində Azərbaycanın diplomatik və hərbi nümayəndələri tərəfindən yad edilmişdir
9 may faşizm üzərində Qələbə Günü münasibətilə II Dünya Müharibəsi dövründə Belçika ərazisində həlak olanların xatirəsinə Brüssel şəhərinin Evere bələdiyyəsinin məzarlığında ucaldılmış abidə Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyinin əməkdaşları və NATO yanında Azərbaycan Silahlı Qüvvələrinin hərbi nümayəndələri tərəfindən ziyarət edilmişdir.
Belçika ərazisində həlak olmuş həmvətənlərimizin xatirəsi onların məzarları önünə gül çələngləri qoyulmaqla yad edilmişdir.
Belçikada kütləvi toplantıların qadağan olunması səbəbindən ilk dəfə olaraq tədbir may ayının 8-də Belçikada akkreditə olunmuş digər ölkələrin diplomatik heyətindən ayrı olaraq keçirilmişdir.
Faşizm üzərində qələbə gününə simvolik olaraq 8 May tarixindən başlayaraq, həm Dünya müharibəsi, həm də Azərbaycanın Vətən müharibəsində qalib gələn azərbaycanlıların əziz xatirəsi ehitramla anılmışdır.