2021-04-26

2021-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun Bakı şəhərində keçirilməsi ilə əlaqədar əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin viza almaları barədə

2021-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyunun(üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi ilə əlaqədar əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2021-ci ilin mayın 1-dən iyulun 5-dək Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrindən viza ala bilərlər.

Viza verilməsi üçün aşağıdakı sənədlərdən biri vacib hesab edilir: 

  1. Oyunların Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin və ya Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi dəvət məktubu;
  2. Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya digər sənəd;
  3. Bakı şəhərində keçiriləcək oyunlarda iştirak edən futbol komandalarını təmsil etdikləri ölkələrin vətəndaşları və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün oyuna bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

-2021-ci ildə futbol üzrə Avropa çempionatının Bakı şəhərində keçiriləcək 4 oyunu (üç qrup və bir 1/4 oyunu) ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 nömrəli Fərmanının 4.2.ci bəndinə əsasən təsdiq edilmiş ölkələrin siyahısı üzrə "ASAN Viza" sistemi vasitəsilə elektron viza almaq imkanı olacaqdır. 

Arxiv üzrə axtarış