2020-01-27

Brüsseldə “Bridges” festivalı çərçivəsində azərbaycanlı rejissorun filmi nümayiş olunub

Brüsseldə “Bridges” festivalı çərçivəsində azərbaycanlı rejissorun filmi nümayiş olunub

Brüssel İncəsənət Sarayında (BOZAR) Şərq Tərəfdaşlığı ölkələri ilə mədəni əməkdaşlıq proqramı çərçivəsində artıq üçüncü ildir təşkil edilən “Bridges” film festivalı çərçivəsində rejissor Hilal Baydarovun Xurmalar yetişən vaxt filmi nümayiş olunub.

Film yerli tamaşaçı auditoriyası ilə yanaşı, Belçikada yaşayan azərbaycanlılar tərəfindən də maraqla izlənilib.

Filmin nümayişindən sonra rejissor H.Baydarov tamaşaçıların suallarını cavablandırıb.

Arxiv üzrə axtarış