Abidə Azərbaycanın mədəniyyət tarixini canlandırır
Belçikanın region və şəhərləri ilə aparılan əməkdaşlıq çərçivəsində Ham şəhəri ilə də mədəni əlaqələr qurulub.
Bu şəhərdə yaşayan Azərbaycan diaspor nümayəndələrinin şəhər həyatındakı mədəni ictimai iştirakı Azərbaycanın bu şəhər ilə əlaqələrinin genişləndirilməsində mühüm rol oynayıb.
Bele ki 2017 ilin mart ayının 25-dən Ham şəhərində Azərbaycan Atçılıq Federasiyasının dəstəyi ilə ərsəyə gətirilmiş Qarabağ atının abidəsi Azərbaycan-Belçika Dostluq Cəmiyyəti tərəfindən Ham şəhər bələdiyyəsinə hədiyyə edilib və şəhərin mərkəzi meydanında şəhər meriyasının yanında ucaldılıb.
Abidənin açılışında Ham şəhərinin meri Dirk De Vis də iştirak edib.
Mer ötən əsrin əvvəllərində müsəlman Şərqinin ilk demokratik respublikası olan Azərbaycanın Belçika ilə sıx əməkdaşlıq əlaqələrinə malik olduğunu, öz müstəsna keyfiyyətlərinə görə bütün dünyada məşhur olan Qarabağ atı ilə bağlı bu abidənin Ham şəhərində qoyulmasının iki xalq arasındakı dostluğun rəmzi olduğunu bildirib.
Bu abidənin ucaldılmasında Azərbaycanın Belçika Krallığındakı səfirliyinin də dəstəyi böyük olub.
Azərbaycanın Qarabağ atları güc və qüdrətini dağlardan alan məhşur dağ-minik at cinsidir.
Azərbaycanın Qarabağ atları dunyada nadir at növüdür.
Ən yaxşı Qarabağ atlarının vətənəni Şuşa, Ağdam və bu rayonlara yaxın ərazilər olub. 20-ci əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü atçılığa da ağır zərbə vurub.
Ermənilər Qarabağ atlarını ələ keçirməyə çalışsalar da işğaldan bir neçə gün əvvəl Qarabağ atlarını döyüş bölgəsindən çıxarmaq mümkün olub.
Bu gün Ağdam atçılıq zavodu Agcəbədi rayonunun ərazisində fəaliyyət göstərir.
Əsrlər keçəcək, nəsillər dəyişəcək ancaq Qarabağımızın izləri Avropanın mərkəzində bizdən sonrakı burada yaşayan övladlarımıza miras qalacaq.