2019-09-23

Brüsseldə əməkdar artistlər İsfar Sarabski və Rain Sultanovun konserti keçirilib

AR-in Belçika Krallığındakı Səfirliyinin Belçikanın aparıcı mədəniyyət mərkəzi olan Brüssel İncəsənət Sarayı ilə (BOZAR) Azərbaycan mədəniyyətinin təbliği istiqamətində apardığı əməkdaşlıq çərçivəsində 2019-cu il sentyabrın 14-də Brüsseldə məşhur Azərbaycan musiqiçiləri, əməkdar artistlər İsfar Sarabski və Rain Sultanovun konserti təşkil olunub. 

Orqan musiqisi gecəsi çərçivəsində keçirilən proqramın əvvəlində İsfar Sarabski və Rain Sultanovun birgə albomu "Cycle" barədə tamaşaçılara məlumat verilib. 

Daha sonra saksofon müşayiəti ilə orqan və piano ifasında musiqi parçaları təqdim olunub,  musiqiçilərimiz öz ifaları ilə orqan musiqisinin cazz repertuarında özünəməxsus yer tutduğunu yüksək ustalıqla tamaşaçılara çatdırıblar. 

Musiqiçilərimizin ifası çoxsaylı auditoriya tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb və sürəkli alqışlarla müşayiət olunub.

Arxiv üzrə axtarış