2019-03-07

Azərbaycanın dostu Anna Fotiqaya fəxri nişan təqdim edilib

07 mart 2019-cu il tarixində Azərbaycan Respublikasının Polşadakı Səfirliyinin təşəbbüsü ilə Brüsseldə Avropa Parlamentinin müdafiə və təhlükəsizlik üzrə alt-komitəsinin sədri Anna Fotiqaya Azərbaycan-Polşa münasibətlərinin inkişafına verdiyi töhfə, həmçinin Avropa Parlamentində beynəlxalq hüquq və təhlükəsizliyin müdafiəsi istiqamətində apardığı fəaliyyətə görə fəxri nişan təqdim edilib.

Nişanın üzərində azərbaycanlı hərbçi, Polşa Ordusunun zabiti, Polşa Milli Ordusunun polkovniki Vəli bəy Yadigar və polyak hərbçi, Azərbaycan Milli Ordusunun generalı Maçey Sulkeviçin təsvirləri əks olunub.

Nişanı təqdim edən Avropa İttifaqı yanında Nümayəndəliyin rəhbəri Fuad İsgəndərov xanım Fotiqaya Azərbaycanın Polşa və Avropa İttifaqı ilə münasibətlərinin inkişafına verdiyi töhfəyə görə dərin təşəkkürünü bildirib, siyasi fəaliyyətdə ona uğurlar arzulayıb.

Nişanı məmnuniyyətlə qəbul edən xanım A.Fotiqa onun fəaliyyətinə Azərbaycanın Polşadakı Səfirliyi tərəfindən verilən yüksək qiymətə görə dərin təşəkkürünü bildirib, Azərbaycanla Polşa arasında olan tarixi əlaqələri vurğulayaraq, həm hər iki ölkə arasında, həm də Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının genişləndirilməsinə hərtərəfli dəstək verməyə hazır olduğunu vurğulayıb.

Fotiqa 1_1

Fotiqa 2_1

Arxiv üzrə axtarış