2019-04-06

Azərbaycanın 10 milyonuncu sakini doğulub

Bakı, 6 aprel, AZƏRTAC

2019-cu il aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub.

AZƏRTAC Səhiyyə Nazirliyinə və Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, Azərbaycan Respublikasının vətəndaşları Rauf Həsənovun və Nigar Ocaqovanın ailəsində doğulan qız uşağının çəkisi 3,6 kiloqram, boyu 52 santimetrdir.

Arxiv üzrə axtarış