2018-12-11

Səfirlikdə Ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Brüsseldə Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, NATO Yanında Daimi Nümayəndəliyi və yerli diaspora təşkilatlarının iştirakı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi anılıb.

Anım tədbirində əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Daha sonra çıxış edən Səfir Fuad İsgəndərov Ulu Öndərin keçdiyi şərəfli ömür yolunu xatırladaraq, məhz onun uzaqgörənliyi, iradəsi və əvəzsiz siyasi strategiyası sayəsində Azərbaycan Respublikasının bu gün dünya ölkələri tərəfindən etibarlı tərəfdaş kimi qəbul edildiyini bildirib, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. 

Heydər Əliyevin dünyanın görkəmli siyasi xadimləri arasında xüsusi yeri və çəkisi olduğunu diqqətə çatdıran Səfir F.İsgəndərov, onun siyasəti və siyasi nailiyyətlərinin daima yaşadılmasının önəmini vurğulayaraq, bütün həmvətənlərimizi  Heydər Əliyev irsinin qorunub saxlanılmasında yaxından iştirak etməyə səsləyib.

Mərasim zamanı çıxış edən digər qonaqlar da Azərbaycan dövlətçiliyinin qurulmasında müstəsna rol oynamış Heydər Əliyev irsinin əbədi olaraq yaşayacağına əminlik bildiriblər.

Arxiv üzrə axtarış