2018-06-06

“EurActiv” portalında Azərbaycanla bağlı məqalə yayılıb

Brüssel, 6 iyun, AZƏRTAC

Avropa İttifaqı məsələlərini işıqlandıran nüfuzlu “EurActiv” xəbər portalında Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, Avropa Parlamentinin üzvü Yan Zahradilin Azərbaycanla bağlı məqaləsi yayılıb.

Müəllif Avropa İttifaqının Azərbaycana dəstəyini əsirgəməməli olduğunu yazır. Son vaxtlarda həyata keçirilən səfərlərin Azərbaycanla münasibətlərin daha da güclənməsinə təkan verdiyini vurğulayan deputat Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının bir neçə gündən sonra Bakıda keçiriləcək sammiti barədə məlumat verir. O, bu sammitin Pan-Avropa siyasi partiyası tərəfindən keçiriləcək ilk belə tədbir olacağını vurğulayır. Müəllif tədbirin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edildiyi bir vaxta təsadüf etməsinin rəmzi məna daşıdığını yazır.

Arxiv üzrə axtarış