Azərbaycan ilə Avropa İttifaqı arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
Bakı, 1 iyun, AZƏRTAC
Təhsil naziri Ceyhun Bayramov Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Öttinger ilə görüşüb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və Avropa İttifaqı arasında prioritet sahələrdən biri hesab olunan təhsil sahəsində əlaqələrin cari vəziyyəti və inkişafı, o cümlədən əməkdaşlıq perspektivləri müzakirə edilib.
Eyni zamanda, Avropa İttifaqına üzv olan ölkələrin və Azərbaycanın ümumtəhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi ilə bağlı konkret təkliflər səsləndirilib.