2017-11-23

Azərbaycan və Benilüks ölkələri arasında xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş imzalanıb

23 noyabr  2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belçika Krallığına işgüzar səfəri çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Benilüks Dövlətləri Hökumətləri arasında xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş” imzalanıb.

Saziş Benilüks ölkələrinin Brüsseldə yerləşən Baş Katibliyinin binasında, Azərbaycan Respublikası tərəfindən AR-nın Belçika Krallığındakı səfiri cənab Fuad İsgəndərov, Niderland Krallığının Belçika Krallığındakı səfiri xanım Maryem Van den Heuvel, Belçika Krallığı tərəfindən Belçika Krallığının Avropa İttifaqı yanında daimi nümayəndəsi cənab Fransua Ru, Lüksemburq Böyük Hersoqluğu tərəfindən Lüksemburqun Avropa İttifaqı yanında daimi nümayəndəsi cənab Jorj Friden tərəfindən imzalanıb.

Sənədin imzalanması minlərlə xidməti pasport sahiblərinin bu ölkələrin ərazilərinə vizasız gediş-gəlişi üçün imkan yaradacaqdır.

image1

Arxiv üzrə axtarış