2017-05-12

Aİ-Azərbaycan Biznes Forumu 2017

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin, Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunan Aİ-Azərbaycan Biznes Forumu 8 İyun 2017-ci il tarixində Bakıda keçiriləcəkdir.

Biznes Forumun keçirilməsində əsas məqsəd Aİ və Azərbaycan şirkətləri üçün işgüzar platforma yaratmaq, onların ölkədəki cari biznes mühiti haqqında müzakirələr aparmasına və işgüzar münasibətlər qurmasına yardımçı olmaqdır.

Bir günlük tədbirə hökumət rəsmiləri, müvafiq dövlət qurumlarının mütəxəssisləri və beynəlxalq şirkət nümayəndələrinin qatılacağı panel müzakirələri / seminarlar, o cümlədən ikitərəfli görüşlər daxildir. Tədbirin əsas müzakirə mövzuları aşağıdakı beş sahəni əhatə edəcək:

  • Azərbaycanda iqtisadi islahatlar
  • Kənd təsərrüfatı və Qida
  • Ətraf mühit texnologiyaları
  • Nəqliyyat və Logistika
  • İKT və Elektron ticarət

Bundan əlavə, Aİ-Azərbaycan Biznes Forumu Sizə öz şirkətinizi tanıtmaq və beynəlxalq şirkət nümayəndələri də daxil olmaqla 400-dən artıq iştirakçı arasında biznesinizi təşviq etmək üçün imkanlar yaradır. Sponsorluq imkanları bölümündə xüsusi olaraq bu tədbir üçün təklif olunan sponsorluq paketləri (Qızıl, Gümüş və Bürünc) haqqında əlavə məlumat əldə edə bilərsiniz.

Tədbir İngilis dilində keçiriləcək və Azərbaycan dilinə tərcümə olunacaq. Tədbirdə iştirak ödənişsizdir. Səyahət və yaşayış xərcləri isə iştirakçılar tərəfindən qarşılanır. İstəyə uyğun olaraq, Aİ dövlətlərinin iştirakçılarına yaşayış yerinin tapılması və viza məsələləri ilə bağlı AHK Azərbaycan tərəfindən dəstək göstəriləcək. Tədbir günü həmçinin oteldən tədbir məkanına nəqliyyat xidməti təşkil olunacaq.

Ətraflı məlumat və qeydiyyat üçün: http://www.ahk-baku.de/en/events/eu-azerbaijan-business-forum-2017/ . Qeydiyyat (ödənişsiz, 1 iyun tarixinədək) açıq elan olunur.

Arxiv üzrə axtarış